Ölkəyə üz vermiş bədbəxt hadisə. dövlət başçısının, hökumət başçısının və digər görkəmli şəxsiyyətlərin ölümü, böyük dağıntılara və insan tələfatına gətirib çıxaran təbii fəlakət və qəza ilə əlaqədar təəssüf hissinin rəsmi şəkildə ifadəsi; Başsağlığ teleqramlar, məktublar, müraciətlər formasında göndərilir.
Dövlət başçısının ölümü ilə bağlı başsağlığı göndərməklə bərabər, matəm mərasimlərində (o cümlədən dini ayinlərdə) xarici dövlətlərin xüsusi olaraq gəlmiş nümayəndələri iştirak edirlər. Onlar ölkə rəhbərliyinə şifahi şəkildə başsağlığı verirlər. Başsağlığını matəm elan edən ölkəyə diplomatik korpus bəyan edir. Diplomatik nümayəndəliklərin başçıları (Diplomatik başçılıq) (hərə ayrılıqda, yaxud diplomatik korpus adından - diplomatik koprusun duaye- ni) Xarici işlər Nazirliyinə (Xarici işlər idarəsi) müvafiq notalar (diplomatik nota) (şəxsi, verbal), aşağı sol küncündə «p.c» (pour condoleance) yazılmış vizit kartları göndərirlər. Nümayəndə heyətləri və diplomatik korpus mərhumun tabutu üstünə əklil qoyurlar.
Səfirliklərin binasına sancılmış dövlət bayraqları matəm günləri yarıya qədər endirilir.
Matəm elan edən ölkənin diplomatik nümayəndəliyi nota ilə (şəxsi, verbal), hökumətə, diplomatik korpusa baş vermiş hadisə barədə, Başsağlığı kitabının açılması vaxtı və yeri barədə məlumat verir, öz səfirliyinin binasında sancılan bayrağı yarı endirir, nümayəndələrin və diplomatların Başsağlığı vermək üçün qəbulunu təşkil edir.