+2 голосов
175 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

«Barbaross Planı» nədir?

2 Ответы

0 голосов
от
 
Лучший ответ

«Barbaross Planı». 1941 ildə Faşist Almaniyasının SSRİ üzərinə hücumunun kodlaşdırılmış adı. «Barbaross Planı» «Müqəddəs Roma imperiyasının» imperatoru I Fridrix Barbarossanın adını daşıyır.

0 голосов
от
İkinci dünya müharibəsində Almaniyanın SSRİ-yə qarşı həyata keçirdiyi ildırımsürətli müharibə
(alm. Blitzkrieg) planı. Əməliyyatın adı Müqəddəs Roma imperiyasının imperatoru I Fridrix
Barbarossanın adından götürülmüşdür.
Plan 1940-cı il iyulun 21-də general Fridrix Paulyusun rəhbərliyi altında hazırlanmağa başlanmış və həmin il 18 dekabrda Vermaxtın ali baş komandanı Adolf Hitlerin 21 nömrəli direktivi ilə təsdiq edilmişdir. Plana görə 3 ay ərzində SSRİ-nin Avropa hissəsini tutmaq planlaşdırılırdı.
Əməliyyat 1941-ci il 22 iyun tarixində 4,5 milyon nəfərlik alman ordusunun hücumu ilə 2 900 km￾lik SSRİ sərhədi boyunca icra edilməyə başlamış, bu hadisə tarixə ən böyük hücum əməliyyatı kimi daxil olmuşdur. Əməliyyata həmçinin 60 000 texnika və 750 000 at cəlb olunmuşdu. Əsas hədəflər 3 şəhər idi: Leninqrad, Moskva və Kiyev idi.

Похожие вопросы

+2 голосов
1 ответ
спросил 21 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 голосов
1 ответ
спросил 15 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+1 голос
2 ответов
спросил 08 Янв от Daues Plan в категории Cəmiyyət, Siyasət, KİV
0 голосов
1 ответ
спросил 16 Фев от аноним в категории Şəxslər, Tarix
+1 голос
2 ответов
спросил 17 Янв от аноним в категории Şəxslər, Tarix
...