Bandunq Konfransı (1955). 18-24.IV. Bandunqda keçirilib; Təşəbbüskarları - İndoneziya, Birma, Hindistan, Pakistan və Seylon (1972 ildən - Şri- Lanka) olub. Bandunq konfransında Asiya və Afrikanın 29 dövlət və ərazi nümayəndələri iştirak etmişlər.
Bandunq Konfransda əsas diqqət sosial- iqtisadi və siyasi quruluşlarından asılı olmayaraq, Asiya və Afrika dövlətlərinin dinc yanaşı yaşamalarını və əməkdaşlıqlarını təmin edəcək əməli proqramın hazırlanmasına verilmişdi.