+1 səs
93 baxış

Əhalinin yaş, cins və milli tərkibi

1 cavab var:

+1 səs
 

Hal-hazırda dünyada əhalinin yaş tərkibində 15 yaşma qədər olan uşaqlar 30%, 15-64 yaş arasında olanlar 60%- dən çox, yaşlı əhali (65 yaşdan yuxan) isə təqribən 6% təşkil edir. Doğum və ölüm aşağı olan ölkələrdə uşaqlar 25%-dən çox, yaşlı əhali isə 15%-ə çatır, getdikcə artma ənənəsini alır və nəticədə əhalinin ümumi yaşlanması müşahidə edilir. Doğum və ölüm yüksək olan ölkələrdə isə 15 yaşma qədər olan uşaqlar 40-45%, bəzi ölkələrdə, hətta 50%-dən çox (Zambiya, Yəmən), yaşlı əhali isə 3-4% təşkil edir.

Dünyada kişilər qadınlara nisbətən bir qədər çoxdur (təqribən 25 milyon), lakin müxtəlif yaş qruplannda bu nisbət də müxtəlifdir. Oğlanlar qızlara nisbətən çox doğulur, lakin oğlan uşaqları arasında ölüm hallan da çoxdur. Nəticədə kişi əhalisinin qadınlardan sayca çox olması nisbəti yalnız 14 yaşa qədər saxlanılır. Qadınlar daha uzunömürlü

olduqlan üçün yaşlı əhali arasında on-lann sayı çoxdur. Müxtəlif ölkələrdə qadınlar və kişilər arasındakı say nisbəti də müxtəlifdir. İnkişaf etmiş ölkələrdə qadınlar çoxdur. Asiya ölkələri üçün kişilərin çox olması xarakterikdir. Bu xüsusilə Çində, Hindistanda, Pakistanda, Cənub-Qərbi Asiyanın ərəb-müsəlman ölkələrində (Yaponiya, Vyetnam, KXDR, Kamboca, Myanma, İndoneziya, Yəmən, İsrail, İordaniya istisna olmaqla) aydın nəzərə çarpır. Afrikada (Şimali Afrikanın ərəb ölkələrindən başqa) və Latın Amerikası ölkələrində isə qadınlar və kişilərin sayı təqribən bərabərdir.

Dünyanın bütün əhalisi dörd əsas və bir neçə aralıq və qarışıq irqlərə aiddir (irq - ümumi fizioloji və morfoloji əlamətlərə, vahid mənşəyə malik olan və tarixən formalaşan insan qruplarıdır). Əhalinin təqribən 70%-i dörd əsas irqə daxildir (təqribən 43% - avro-poid, 19% - monqoloid, 7% - neqroid, 1% - avstraloid). Dünya əhalisinin 30%-i isə aralıq (efioplar, malaqaslar, polineziyalılar) və qarışıq (metislər - avropoid və monqoloid; mulatlar - avropoid və neqroid; sambo - neqroid və monqoloid) irqə aiddir. Metis, sambo və mulatlar əsasən Latın Amerikası ölkələrində yaşayırlar.

Dünyada təqribən 3 minə yaxın xalq yaşayır ki, bunların da əksəri sayca çox azdır. Əhalinin 57%-ni sayı 50 milyondan çox olan böyük xalqlar təşkil edir. Sayı 100 milyondan çox olan ən böyük xalqlara çinlilər, hin-distanlılar, ABŞ-da yaşayan amerikalılar, benqallar, ruslar, braziliyalılar və yaponlar aiddir.

Oxşar suallar

+3 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 11 Yanvarda, 18 anonim
+1 səs
1 cavab
soruşub 24 Yanvarda anonim Qanun, Hüquq bölməsində
+3 səs
1 cavab
soruşub 10 Fevralda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
0 cavab
soruşub 03 Fevralda anonim Digər bölməsində
...