+2 səs
230 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Azad Şəhər nədir?

1 cavab var:

+1 səs
 

Siyasi müstəqillik almaqla xüsusi beynəlxalq rejimə malik olan və adətən, demilitarizasiya edilərək neytrallaşdırılan şəhər (bəzən ətrafı ilə birlikdə); vaxtilə Krakov (1815-1846) və Qdansk (Dansiq) (1920-1939) şəhərləri azad şəhər statuslarına malik olmuşlar.

1919 il Versal sülh müqaviləsinə əsasən, Dansiq öz konstitusiyası, hakimiyyət və idarə orqanları (folstaq, senat) və eləcə də vətəndaşlıq qeydiyyatı olan «azad dövlətə» çevrilirdi. Dansiqi öz himayəsinə götürən Millətlər Cəmiyyəti onun konstitusiyasına təminat verirdi. A.ş. olan Dansiqdə hərbi xarakterli fəaliyyətlərə yol verilməsi onun statusunun pozulması kimi qiymətləndirilirdi.

İtaliya ilə 1947 ildə bağlanmış sülh müqaviləsinə əsasən, Triest o qədər də böyük olmayan ətrafı ilə birlikdə «Azad Triest ərazisi» elan edilir və ona özünün konstitusiyasını, qanunvericilik, məhkəmə və idarə orqanlarını yaratmaq hüququ verilirdi. Lakin Triestdə azad ərazi rejimi həyata keçirilmədi və 1954 il London Memorandumuna əsasən, «Azad Triest ərazisi» İtaliya ilə Yuqoslaviya arasında bölüşdürüldü.

Azad şəhər statusuna yaxın olan rejim Tancerdə (1923-1949; 1945-1956) və Saarda (1919-1935; 1945-1955) mövcud olub. Oxşar rejimi Qüdsdə yaratmaq barədə BMT Baş Məclisi

26.XI. 1947 ildə qətnamə qəbul etmişdir.

3.IX.1971 ildə bağlanmış dördtərəfli sazişə əsasən, Qərbi Berlin üçün xüsusi status müəyyən edilmişdir.

Oxşar suallar

+3 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Qanun, Hüquq bölməsində
+2 səs
3 cavab
soruşub 18 Yanvarda, 20 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
1 cavab
soruşub 13 Oktyabrda, 21 anonim Bürclər, Fal, Magiya bölməsində
+3 səs
1 cavab
soruşub 12 Oktyabrda, 19 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
...