+1 👍
161 👀
Cəmiyyət, Siyasət, KİV

Avstriya Üzrə Müttəfiqlər Komissiyası nədir?

1 Ответ

+1 👍
 
Лучший ответ

Dörd dövlətin: SSRİ, ABŞ, Böyük Britaniya və Fransanın nəzarət mexanizmi. Avstriya üzərində müttəfiq nəzarətinə dair 4.VII.1945 və 28.VI.1946 il sazişlərinə uyğun olaraq yaradılıb.

Komissiyanın əsas vəzifəsi - Almaniyanın məğlubiyyəti haqqında 5.VI. 1945 il Bəyanatının şərtlərinə Avstriyada əməl olunmasını təmin etmək, Avstriyanın Almaniyadan ayrılmasını başa çatdırmaq, Avstriya dövlətinin müstəqil mövcudluğunu və bütövlüyünü dəstəkləmək və onun sərhədləri qəti müəyyən edilənədək 31.XII.1937 il üçün mövcud olmuş şəkildə onların toxunulmazlığını təmin etmək; ölkədə nasizm və milita-rizm qalıqlarını kökündən yox etməklə, demokratik qayda-qanunları möhkəmlətmək üçün Avstriya hökumətinə möhkəm siyasi, iqtisadi və mədəni baza yaratmaqda kömək göstərmək idi.

Komissiyanın orqanları: qalib dövlətlərin hökumətləri tərəfindən təyin olunan 4 ali komissarın daxil olduğu Müttəfiqlər Şurasından, icraiyyə Komitəsindən, Direktoratlardan və s. ibarət idi.

11 .X.1945 ildə fəaliyyətə başlamış Müttəfiqlər Şurası Avstriyada alı hakimiyyət vəzifəsini yerinə yetirərək, yalnız ölkəyə aid məsələlərə baxırdı. Müvafiq işğal məntəqələrində komissiyanın qərarlarına əməl edilməsinə, Avstriyanın mərkəzi hökumət orqanlarının sərəncamlarının həmin məntəqələrdə yerinə yetirilməsinə və yerli hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət - dörd dövlətin ali komissarlarına həvalə olunmuşdu.

Komissiya Avstriya dövlətçiliyinin bərpasında və ölkənin demokratikləşməsində böyük işlər görüb.

Komissiyanın fəaliyyətinin dayandırılması barədə qərar müstəqil və demokratik Avstriyanın bərpasına dair 1955 il Dövlət Qanununun qüvvəyə minməsi ilə bağlı Müttəfiqlər Şurasının 27.VII. 1955 il, 249-cu iclasında qəbul olunub.

...