+2 səs
136 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Avropanın Təhlükəsizliyi və Əməkdaşlığı Üzrə Beynəlxalq Komitə nədir?

1 cavab var:

+1 səs
 

Beynəlxalq qeyri - hökumət təşkilatı; Avropada təhlükəsizliyin təmin olunması və əməkdaşlığa dair ictimai qüvvələrin 1972 ildə keçirdikləri I Assambleya (Brüssel) tərəfindən yaradılıb. Məqsədi - Avropa dövlətlərinin müxtəlif siyasi və ictimai qüvvələrini qarşılıqlı dialoqa və əməkdaşlığa cəlb etməkdir.

Komitə Avropada Təhlükəsizlik və Əməkdaşlığa Müşavirəsinin yekun sənədlərinin həyata keçirilməsi ilə bağlı aktual mövzularda assambleyalar, konfranslar (Beynəlxalq konfranslar) və forumlar keçirir. Komitənin təşəbbüsü ilə X.1973 ildə Belçikada Avropa ictimaiyyətinin təhlükəsizlik və əməkdaşlığa dair forumu və XI. 1980 ildə Madrid görüşü ilə əlaqədar Avropa ictimaiyyətinin dialoqu keçirilmişdir. Komitə III.1982 ildə ATƏT üzvü olan dövlətlərin hökumət rəhbərlərinə müraciət edərək, onları silahlanmanın qarşısını almağa çağırdı. 1.1984 ildə Avropada qarşılıqlı etimad və təhlükəsizliyin təmin olunması və tərksilah məsələlərinə dair konfrans keçirilərkən Komitə onun iştirakçılarına müraciət edərək, onları Avropa ərazisindən nüvə silahlarının bütün növlərinin çıxarılmasına kömək etməyə, nüvə silahından azad zonalar yaratmağa, adi silahları əhəmiyyətli dərəcədə azaltmağa və s. bu kimi tədbirləri həyata keçirməyə çağırdı. Komitə 11.1984 ildə «Avropada müharibə təhlükəsini aradan qaldırmaq yolları» mövzusunda Vyanada geniş nümayəndəli konfransın keçirilməsi üçün aparılan hazırlıq işlərində yaxından iştirak etmişdir.

Komitənin BMT-nin iqtisadi və Sosial Şurası və YUNESKO yanında məşvərətçi statusu vardır.

...