+1 səs
135 baxış

Əhalinin sıxlığı

1 cavab var:

0 səs
 

Yer kürəsi ərazisi son dərəcə qeyri-bərabər məskunlaşmışdır: əhalinin təqribən 70%-i qurunun yalnız 7%-də cəmlənmişdir. 1 km2-ə düşən əhalinin sayı (buna əhalinin orta sıxlığı deyilir) dünyanın müxtəlif bölgələrində dəyişkən olub, bir neçə nəfərdən, sıx məskunlaşmış rayonlarda bir neçə yüzə çatır. Dünya əhalisinin orta sıxlığı təqribən 1 km2-də 40 nəfərdir. Hazırda dünyanın ən sıx məskunlaşmış rayonları Cənubi və Cənub-Şərqi Asiya, Qərbi Avropa, ABŞ-ın şimal-şərqi, həmçinin Qərbi Afrika (Nigeriya, Benin, Qana) regionudur. Bu rayonlarda əhalinin sıxlığı 1 km2-də bir neçə yüz nəfərdir. Bəzi regionlarda əhalinin sıxlığı 1 km2-də 10 nəfərdən azdır (Amerika, Asiya, Afrikanın şimalı və Avstraliya). Qurunun təqribən 15%-i isə (Antarktida, ucqar şimal rayonları, yüksək dağlıq ərazilər, səhralar) ekstremal təbii şəraitə malikdir və ümumiyyətlə, məskunlaşmayıb.

Bu qeyri-bərabərlik qarşılıqlı əlaqədə olan bir sıra amillərlə bağlıdır: təbii, tarixi, sosial-iqtisadi və s. Dünya əhalisinin böyük hissəsi qədim dövrdən həyat şəraiti əlverişli olan rayonlarda (isti və mülayim iqlimli, məhsuldar torpaqlı, su hövzələrinə yaxın ərazilərdə) məskunlaşıblar. Hazırda əhalinin əsas hissəsi mülayim, subtropik və subek-vatorial iqlimli rayonlarda, təqribən 56%-i dəniz səviyyəsindən 200 m hündürlükdə olan düzənliklərdə, dünya əhalisinin yarısı isə dəniz sahilindən 200 km-ə qədər uzanmış ərazilərdə yaşayır. Müxtəlif regionların əhali sıxlığına məskunlaşma tarixi də böyük təsir göstərmişdir. Məsələn, bu səbəbdən əhali ABŞ-ın şimal-şərqi, mərkəzi və qərb rayonlarında nisbətən daha sıx məskunlaşmışdır. Təsərrüfatın inkişaf dərəcəsinə görə, xüsusilə də kapitalizm dövründə təsərrüfat tələbatı əhalinin Yer kürəsi üzrə yerləşməsinə böyük təsir göstərmişdir. İnsanlar sərt təbii şəraitə baxmayaraq, faydalı qazıntı hasilatı, inkişaf etmiş sənaye, nəqliyyat magistral xətləri rayonlarında daha çox məskunlaşmışlar. Belə vəziyyəti Rusiyanın şimal və şərq regionları və yaxud Kanadanın şimal əyalətləri timsalında müşahidə etmək olar. 

Əhalinin ən yüksək sıxlığı (1 km2-də 200 nəfərdən çox) Belçika, Niderland, Banqladeş, İsrail, Koreya, Salvador kimi ölkələrdə qeyd olunmuşdur. Əhalisinin sıxlığı təqribən 40 nəfərə (planet üzrə orta sıxlıq) çatan ölkələrə İrlandiya, İraq, Mərakeş, Tunis, Meksika və s. aiddir. Ən aşağı sıxlıq (hər km2-ə 2 nəfərdən az) Monqolustan, Liviya, Avstraliyadadır. Ayrı-ayrı regionlarında əhali sıxlığı müxtəlif olan ölkələrə Rusiya, Çin, Kanada, Avstraliya, Misir və s. aiddir.

Oxşar suallar

+3 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 11 Yanvarda, 18 anonim
...