+2 səs
136 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Avropa Şurası nədir?

1 cavab var:

+1 səs
 

1949 ildə Qərbi Avropanın 10 dövləti - Belçika, Danimarka, Fransa, İrlandiya, İtaliya, Lüksemburq, Hollandiya, Norveç, İsveç və Böyük Britaniya arasında imzalanan müqavilə (Beynəlxalq müqavilə) əsasında təsis edilmişdir. Az sonra Türkiyə, İslandiya, AFR, Avstriya, Kipr, İsveçrə, Malta, Lixtenşteyn, Portuqaliya və İspaniya bu şuranın üzvü oldular. Hazırda 44 ölkə Avropa Şurasının üzvüdür.

Avropa Şurasının başlıca məqsədləri Qərb sivilizasiyasına və demokratiyasına, habelə iqtisadi və sosial tərəqqiyə yönələn ümumi prinsiplər və ideallar əsasında üzv dövlətlərin birliyinə və onlar arasında yüksək səviyyəli razılaşmaya nail olmaqdır. Bu məqsədlə iştirakçı dövlətlər Avropa Şurası orqanlarının köməyi ilə iqtisadi, sosial, mədəni, elmi, hüquqi, inzibati sahələrdə, həmçinin insan hüquqlarının və əsas azadlıqların inkişaf etdirilməsində birgə fəaliyyət göstərməlidir.

Avropa Şurasının başlıca orqanları Nazirlər Komitəsi və Məsləhət Məclisidir. Nazirlər Komitəsi iştirakçı dövlətlərin xarici işlər nazirləri müavinlərindən, həmçinin onların digər nümayəndələrindən təşkil edilir. Nazirlər Şurası Məsləhət Məclisinin tövsiyəsi və ya öz təşəbbüsü ilə Avropa Şurasının məqsədləri üçün zəruri olan aksiyaların, Bəyannamə və müqavilələrin imzalanmasını, konkret məsələlərə dair hökumətlərlə razılaşdırılmış siyasət keçirməyi və s. məsələləri həll etmək səlahiyyətinə malikdir. Qərarlar iştirakçı dövlətlər üçün tövsiyə xarakteri daşıyır. Komitə Avropa Şurasının daxili təşkilatına aid olan çoxsaylı məsələləri həll edir. Bu məqsədlə o, hökumət nümayəndələrinin və mütəxəssislərin təmsil olunduğu bir neçə köməkçi orqan təsis etmişdir.

Nazirlər Komitəsi cari məsələlərlə bağlı qərarları yekdilliklə, prosedura və təşkilatı məsələlərlə bağlı - sadə səs çoxluğu və ya üçdə iki səs çoxluğu ilə qəbul edir. Nazirlər komitəsinin iclasları Avropa Şurasının əsas iqamətgahında və bağlı qapılar arxasında keçirilir. Komitə ildə iki dəfə toplaşır. Onun gündəliyini nazir müavinləri komitəsi hazırlayır. Məsləhət Məclisi özünəməxsus tərkibə malikdir: onun tərkibinə 20 üzv dövlətdən 143 nümayəndə daxildir. Lakin üzv dövlətlər Məclisdə bərabərsaylı nümayəndələrə malik deyillər. Fransa, AFR, İtaliya və Böyük Britaniya - 18 nümayəndə; Türkiyə və İspaniya - 12; Belçika, Portuqaliya, Hollandiya - 7; İsveç, İsveçrə və Avstriya - 6; Danimarka və Norveç - 5; İrlandiya - 4; İslandiya, Lüksemburq, Kipr və Malta - 3; Lixtenşteyn - 2. 24- 28.VI. 1996 iyunun A.Ş.-da Azərbaycan xüsusi dəvət olunmuş qonaq statusu aldı; 2001 ildə isə tam hüquqlu üzv oldu. Avropa Şurası Parlament Məclisində Azərbaycanın 6 yeri vardır.

Məsləhət Məclisi Avropa Şurasının orqanı olub, bu təşkilatın (Beynəlxalq təşkilatlar) məqsədlərinə aid məsələləri müzakirə etmək, öz yekun sənədini tövsiyə formasında Nazirlər Komitəsinə təqdim etmək hüququna malikdir. Məsləhət Məclisinin qərarları üçdə iki səs çoxluğu ilə qəbul edilir. Şuranın vəzifəli şəxslərinin, komitə və komissiyaların üzvlərinin təyin edilməsində və ya gündəliyinin təsdiqinə dair qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Məsləhət Məclisinin sessiyası açıq keçirilir. Nazirlər Komitəsi Məsləhət Məclisinin fövqəladə iclasını çağıra bilər. Şuranın rəsmi dili fransız və ingilis dilləridir, iqamətgahı Strasburqdadır.

Oxşar suallar

+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 16 Fevralda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 24 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 24 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...