+2 səs
116 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Avropa Parlamenti nədir?

1 cavab var:

0 səs
 

Avropa Birliklərinin orqanlarından biri; 1957 il Roma sazişinə (Avropa İqtisadi Birliyi) əsasən yaradılıb. AP 1979 ilədək Avropa Birliklərinin üzvü olan dövlətlərin milli parlamentlərinin tərkibindən təyin edilən nümayəndələrdən təşkil edilmişdi. VI. 1979 ildə AB üzvü olan dövlətlərdə ilk dəfə olaraq AP-yə ümumi və birbaşa seçkilər keçirilmişdir.

AP 5 il müddətinə seçilir, fraksiyalar partiya prinsipi üzrə formalaşır.

AP məşvərətçi funksiyaya malikdir; ümumsiyasi məsələlərə dair tövsiyələr verir, Avropa Birliklərinin Komissiyalarının illik hesabatlarını nəzərdən keçirir. AP qanunvericilik təşəbbüsü hüququna malik deyil, Avropa Birliklərinin ali orqanlarını təyin etmir, onlara nəzarət etmək hüququ yoxdur.

Avropa Birliklərinin üzvü olan bir çox dövlətlər inteqrasiya prosesinin sürətlənməsi planlarını AP-in fəaliyyəti ilə bağlayırlar. Bəzi hallarda AP-in səlahiyyətlərinin genişləndirilməsinə, ona «fövqəlmilli xarakter» verilməsinə səy göstərilir.

AP-in sessiyalarında siyasi əməkdaşlıq, hərbi-siyasi inteqrasiya və beynəlxalq aktual problemlərin müzakirəsinə böyük diqqət verilir.

AP müxtəlif dövlətlərlə parla- mentlərarası əlaqələr qurur, əməkdaşlıq yaradır. AP-in sessiyaları Strasburqda (Fransa) və Lüksemburqda keçirilir.

Katibliyi Lüksemburqdadır.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 24 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 24 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 16 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 15 Apreldə, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...