+2 səs
145 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Avropa Müdafiə Birliyi nədir?

1 cavab var:

0 səs
 

Qərbi Avropa ölkələrinin hərbi bloku; Layihəsi Fransanın baş naziri R.Pleven tərəfindən 24.X.1950 ildə irəli sürülüb. R.Pleven daha çox AFR-in iştirakı ilə «Müdafiə Nazirlərinin Avropa Komitə- sinni yaratmağı və «Avropa Ordusunnu formalaşdırmağı təklif edirdi. Bu plan ABŞ, Böyük Britaniya və Fransanın xarici işlər nazirləri tərəfindən 1951 il Vaşinqton Müşavirəsində bəyənilmişdir.

27.V.1952 ildə Fransa, İtaliya, AFR, Belçika, Hollandiya və Lüksemburqun xarici işlər nazirləri AMB yaradılmasına dair Parisdə 50 il müddətinə müqavilə (Beynəlxalq müqavilə) bağlamışlar. Müqaviləyə, habelə bir sıra əlavə protokollara və məxfi sazişlərə müvafiq olaraq, AMB ümumi idarəetmə orqanlarına, birləşmiş hərbi qüvvələrə və ümumi büdcəyə malik «fövqəlmilli» hərbi təşkilat kimi layihə- ləşdirilirdi.

AMB-ə dair müqavilə AFR-in yenidən hərbiləşdirilməsini açıq şəkildə həyata keçirmək və onu sürətləndirmək cəhdi idi. Qərb dövlətləri AMB-ə əlavə kimi Avropa Siyasi Birliyinin layihəsini işləyib hazırladılar və AMB Baş Məclisi onu 10.111.1953 ildə təsdiq etdi.

Qərbi Avropada siyasi ittifaq yaratmaq təşəbbüsləri AMB müqaviləsini imzalayan bəzi ölkələrin parlamentlərində müqavimətilə üzləşərək müvəffəqiyyətsizliyə uğradı.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 24 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 13 Apreldə, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...