+1 👍
177 👀
Cəmiyyət, Siyasət, KİV

Avropa Məsləhət Komissiyası (1943-1945) nədir?

1 Ответ

0 👍
 
Лучший ответ

Antihitler koalisiyası iştirakçılarının daimi orqanı. 1943 il Moskva konfransının (Moskva konfransları) qərarı ilə yaradılmışdır. Avropada hərbi əməliyyatların başa çatması ilə bağlı meydana çıxacaq məsələlərə baxmaq və tövsiyələr vermək onun vəzifələrinə daxil idi. 14.1.1944 ilk rəsmi iclası keçirilmişdir. 6.IX. 1945 sonuncu iclasını keçirən komissiya, Berlin (Potsdam) Konfransının qərarı ilə özünü buraxmaq haqqında qərar qəbul etdi.

...