+2 səs
254 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Avropa İqtisadi Birliyi (AİB), «Ümumi Bazar» (Avropa Birliyi) (AB) nədir?

1 cavab var:

+1 səs
 

Qərbi Avropanın 15 ölkəsinin təşkilatı, AİB-in təsisinə dair müqavilə (Beynəlxalq müqavilə) 25.111.1957 ildə Romada imzalanıb; müqavilə qeyri-müəyyən müddətə bağlanıb, 01.1.1958 ildə qüvvəyə minib. Belçika, İtaliya, Lüksemburq, Niderland, Fransa, AFR (təsis olan vaxtdan), Böyük Britaniya, Danimarka, İrlandiya (1973) və Yunanıstan (1981), İspaniya, Portuqaliya (1986), Avstriya, Finlandiya, İsveç (1995) ABŞ üzv ölkələridir. 1982 ildə Qrenlandiya əhalisi (Qrenlandiyanın statusu) AİB-dən çıxmaq istədiyini bəyan etdi. 20.11.1984 ildə AİB çərçivəsində 01.1.1985 ildən etibarən Qrenlandiyanın AİB-də tam üzvlüyünün dayandırılması barədə kompleks razılaşmalar təsdiq edildi,

AİB-in əsas vəzifəsi - üzv ölkələr arasında malların idxal-ixracı üçün gömrük rüsumları və kəmiyyət məhdudiyyətlərini tədricən ləğv etmək; ümumi gömrük tarifi və üçüncü ölkələr barədə razılaşdırılmış ticarət siyasəti müəyyənləşdirmək; işçi qüvvəsi, sərmayə və xidmətlərin azad yerdəyişməsi üçün şərait yaratmaq; kənd təsərrüfatı və nəqliyyat sahəsində vahid siyasət yürütmək; iqtisadi, sosial, valyuta və

investisiya siyasətini əlaqələndirib uzlaşdırmaq yolu ilə «ümumi bazar» yaratmaqdır.

AİB-in başlıca orqanları; Avropa Şurası, Nazirlər Şurası, Avropa Birlikləri Komissiyası, Avropa Parlamenti - 1967 ildən etibarən Avropa Birliklərinin vahid rəhbər orqanlarıdır. AİB Birləşmiş Millətlər Təşkilatında, BMT-nin Ticarət və inkişaf üzrə Konfransında (YUNK- TAD), habelə BMT-nin bir sıra xüsusi təsisatlarında (Beynəlxalq hökumətlə- rarası təşkilatlar) müşahidəçi (Müşahidəçilər) statusuna malikdir; dünyanın 40-a yaxın dövləti ilə assosiasiyalar, gömrük ittifaqı və ticarətə dair razılaşmalar bağlayıb. AİB nəzdində 120-ə yaxın ölkənin nümayəndələri akkreditə olunmuşlar.

Hal-hazırda Avropa Birliyi (AB) adlanır. 1999 ildən A.B.-in vahid valyutası - avro - dövriyyəyə buraxılmışdır.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 24 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 14 Apreldə, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 13 Apreldə, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...