+2 səs
87 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Avropada Təhlükəsizlik Və Əməkdaşlığa Dair Müşavirənin Yekun Aktı (Helsinki Aktı) (1975)

1 cavab var:

0 səs
 

Helsinkidə 33 Avropa ölkəsinin, habelə ABŞ və Kanadanın dövlət başçıları tərəfindən 01.VIII. 1975 imzalanıb. Yekun Aktında dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək və beynəlxalq gərginliyin zəiflədilməsi sahəsində mühüm rol oynamış Avropada təhlükəsizlik və əməkdaşlığa dair razılaşmalar təsbit edilmişdir.

Dövlətlər arasında qarşılıqlı münasibətlərin prinsiplərinə dair Bəyannamə Yekun Aktının özəyini təşkil edir. Müşavirənin iştirakçıları qarşılıqlı münasibətlərdə suveren bərabərlik (Suverenlik) prinsiplərini əldə rəhbər tutacaqları, bir-birinə qarşı güc işlət- məyəcəkləri, zor işlətməklə hədələ- məyəcəkləri, sərhədlərin toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə ehtiramla yanaşacaqları, mübahisəli məsələləri sülh yolu ilə həll edəcəkləri, bir-birinin daxili işlərinə qarışmayacaq- ları, insan haqlarına hörmət edəcəkləri, hüquq bərabərliyi və xalqların öz müqəddəratını təyin etmək hüququna əməl edəcəkləri, dövlətlərarası əməkdaşlığı beynəlxalq hüquqa uyğun quracaqları barədə öhdəlik götürmüşlər.

Yekun Aktında təsbit olunan etimadı möhkəmləndirmək tədbirlərinə dair razılaşmalar Avropada sülhün və təhlükəsizliyin möhkəmlənməsində mühüm rol oynayır. Bu razılaşmalar, ələlxüsus, irimiqyaslı hərbi təlimlər barədə qabaqcadan xəbər verilməsini, təlimlərə nəzarətçi qismində müşahidəçilər dəvət olunmasını və s. ehtiva edir. Siyasi gərginliyin azaldılmasını hərbi gərginliyin aradan qaldırılması ilə tamamlayan bu tədbirlər dövlətlər arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsi yolunda mühüm addım oldu.

Oxşar suallar

+1 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 21 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 05 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...