+2 səs
100 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi nədir?

1 cavab var:

+1 səs
 

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM, 1994 İldən Avropada Təhlükəsizlik Və Əməkdaşlıq Təşkilatı - ATƏT). Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktı VIII. 1975 il-də Finlandiyanın paytaxtı Helsinkidə Avropanın 33 ölkəsi, ABŞ və Kanadanın dövlət və hökumət başçıları (Dövlət başçısı; Hökumət başçısı) tərəfindən imzalanmışdır. Bu sənəd beynəlxalq gərginliyin zəiflədilməsi, xalqların yaxınlaşması, Avropada əməkdaşlığın inkişafının uzunmüddətli proqramı kimi mühüm əhəmiyyətə malikdir.

1990 ildə Yeni Avropa üçün Paris Xartiyasının imzalanması və bir sıra yeni institutların yaradılması ilə ATƏM- in fəaliyyətində yeni dövr başladı. Berlində (1991), Praqada (1992), Stokholmda (1992), Romada (1993), Buda- peştdə (1994), Lissabonda (1996) keçirilmiş görüşlər, qəbul olunmuş sənədlər ATƏM-in fəaliyyətində əsaslı dönüşə səbəb oldu.

Budapeşt samitində ATƏM ATƏT adlandırılmışdır.

ATƏT-in Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığı BMT Katibliyi ilə çərçivə müqaviləsinin bağlanmasına və BMT Baş Məclisində müşahidəçi statusuna əsaslanır. 1992 il Helsinki Bəyannaməsində üzv dövlətlər ATƏM-İ BMT Nizamnaməsinin VII fəslinə uyğun olan regional saziş elan etdilər.

1975 il Helsinki Yekun aktında (Avropada Təhlükəsizlik və Əməkdaşlığa dair Müşavirənin Yekun Aktı) ATƏM üzvü olan dövlətlər qarşılıqlı münasibətlər üçün əsas kimi 10 prinsip qəbul etmişdir: dövlətlərin suveren (Dövlətin suverenliyi) bərabərliyi; zor etməmə və zor tətbiq etməklə hədələməmə; sərhədlərin toxunulmazlığı; dövlətlərin ərazi bütövlüyü; mübahisələrin sülh yolu ilə həlli; daxili işlərə qarışmamaq; fikir, vicdan, dini və etiqad azadlığı daxil olmaqla insan hüquq və əsas azadlıqlarına hörmət; bərabərlik və xalqların öz müqəddəratını həll etmək hüququ; beynəlxalq hüquqi öhdəliklərin vicdanla yerinə yetirilməsi.

ATƏT-in məqsədləri: qarşılıqlı münasibətlərin yaxşılaşdırılması və uzunmüddətli sülhün təmini üçün şəraitin yaradılmasına yardım etmək; beynəlxalq gərginliyin zəiflədilməsinə yardım etmək; Avropada təhlükəsizliyin bölünməzliyini, həmçinin üzv dövlətlər arasında əməkdaşlığın inkişafını qəbul etmək; Avropada və bütün dünyada sülh və təhlükəsizliyin qarşılıqlı asılılığını etiraf etmək; insan hüquqlarına riayət olunmasına, iqtisadi və sosial tərəqqinin, bütün xalqların rifahının yüksəlməsinə töhfələr vermək.

ATƏT-in Ali məclisi dövlət və hökumət başçılarının müşavirəsidir. Xarici işlər Nazirləri Şurası mərkəzi icraedici və sərəncamverici orqandır. Yüksək Vəzifəli Şəxslər Komitəsi ATƏT-in fəaliyyətini müşahidə edir, idarə edir və əlaqe'əndirir; cari siyasi məsələlər üzrə məsk lətləşmələr keçirir; ümumi siyasi direktivlər hazırlayır; Şura iclaslararası dövrdə qərarlar qəbul edir. Daimi komitə gündəlik əməli məsələləri həll edir. Milli azlıqlar işi üzrə Ali Komissar bu sahəyə dair operativ tədbirlər keçirir. Bundan başqa ATƏT-in təhlükəsizlik sahəsində əməkdaşlıq Forumu, Demokratik institutlar və İnsan hüquqları üzrə Büro və Parlament məclisi fəaliyyət göstərir.

ATƏT-in Katibliyi Vyanada (Avstriya) yerləşir. Onun işinə Baş katib rəhbərlik edir. Katibliyin 4 departamenti vardır. Baş katib Yüksək Vəzifəli Şəxslər Komitəsinin təklifi ilə ATƏT Şurası tərəfindən üç il müddətinə seçilir.

Azərbaycan Respublikası 20.1.1992 ildən ATƏT-in üzvüdür, Vll.1992-də isə Helsinki Yekun aktını imzalamışdır.

Oxşar suallar

+1 səs
1 cavab
+3 səs
1 cavab
+1 səs
1 cavab
+3 səs
1 cavab
...