+2 səs
202 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Avropa Daş Kömür və Polad Birliyi nədir?

1 cavab var:

0 səs
 

Avropa Daş Kömür və Polad Birliyi (AKPB). Avropa İqtisadi Birliyinə (AİB) daxil olan 10 Qərbi Avropa ölkəsinin təşkilatı (Beynəlxalq təşkilatlar)', onların metallurgiya, dağ-mədən və daş kömür sənayelərini birləşdirir. Belçika, İtaliya, Lüksemburq, Niderland, Fransa və AFR arasında 18.IV.1951 ildə Parisdə 50 il müddətinə bağlanmış müqavilə (Beynəlxalq müqavilə) əsasında təsis edilib, VII. 1952 ildən rəsmi fəaliyyətdədir. 1957 ildən AİB tərkib hissəsidir.

AKPB Fransanın xarici işlər naziri R.Şumanın təşəbbüsü ilə yaradılmışdır; Qərbi Avropanın altı ölkəsinin iqtisadiyyatını stimullaşdırmaq, onların digər inkişaf etmiş kapitalist dövlətləri arasında mövqelərini möhkəmləndirmək məqsədi daşıyır.

AKPB-İ hərbi-siyasi təşkilata çevirmək cəhdləri baş tutmayıb. Ümumi kömür və polad bazarı tədricən 1952- 1957 illər ərzində yaradılıb. 1967 ildə AKPB ali orqanlarının səlahiyyətləri AİB-in rəhbər orqanlarına verilmişdir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 24 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 24 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 14 Apreldə, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
...