+2 səs
156 baxış
Şəxslər, Tarix bölməsində

Avropada Etimad, Təhlükəsizlik Və Tərksilah Tədbirlərinə Dair Stokholm Konfransı (1984)

1 cavab var:

0 səs
 

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin üzvü olan dövlətlərin nümayəndələrinin 1983 ilin sonlarında baş vermiş Madrid görüşünün qərarına müvafiq olaraq 17.1.1984-19.IX.1986 keçirilib.

Stokholm Konfransı işinin ilkin mərhələsində «Avropada təhlükənin və hərbi qarşıdurmanın azaldılmasına yönəldilən etimadın möhkəmləndirilməsi sahəsində qarşılıqlı əlavə tədbirlərin müzakirə olunması və qəbul edilməsi» nəzərdə tutulurdu. Birinci mərhələnin keçirilməsi ilə bağlı konfransın (Beynəlxalq konfranslar) gündəliyi, iş cədvəli və digər təşkilati məsələlər 25.X-11.XI.1983 ildə Helsinkidə keçirilən hazırlıq görüşündə razılaşdırıldı.

Stokholm Konfransı xarici işlər nazirləri səviyyəsində işə başlayıb. Konfransın açılması beynəlxalq vəziyyətin gərginləşməsi dövrünə təsadüf edir. Belə ki, 1983 ilin sonlarında ABŞ-ın «MX» və qanadlı raketlərinin Qərbi Avropa ölkələrində və SSRİ-nin SS-20 raketlərinin ADR-də və Çexoslovakiyada yerləşdirilməsi Avropada hərbi-strateci tarazlığın pozulmasına gətirib çıxarmışdı.

1984 və 1985 illərdə Stokholm Konfransının 4 sessiyası keçirilmişdi.

Stokholm Konfransı birinci mərhələsi konfrans iştirakçısı olan dövlətlərin 19.IX. 1986 ildə Stokholmda Yekun sənədini qəbul etmələrilə başa çatdı.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 17 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 16 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 14 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 09 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
2 cavab
...