+2 👍
182 👀
Cəmiyyət, Siyasət, KİV

Avropa Birlikləri Komissiyası nədir?

1 Ответ

0 👍
 
Лучший ответ

Avropa Birlikləri Komissiyası (ABK). Avropa Birliklərinin icraedici orqanı 8.IV.1965 ildə Brüsseldə imzalanan müqaviləyə (Beynəlxalq müqavilə) əsasən yaradılıb, 01.VII.1967 ildə fəaliyyətə başlayıb.

ABK-nın funksiyaları aşağıdakılardan ibarətdir: Avropa Şurasının qərar layihələrini işləyib hazırlamaq; Avropa İqtisadi Birliyi, Atom Enerjisi Üzrə Atom Birliyi və s. yaradılmasına dair müqavilələrin və Şuranın qərarlarının həyata keçirilməsinə nəzarət etmək; müqavilələrdə və ya Şura tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində ABK tərəfindən nəzərdə tutulan məsələlər üzrə qərarlar qəbul etmək və s.

ABK üzvlərindən bir sıra daimi qruplar (xarici əlaqələr, iqtisadi, maliyyə və s. məsələlər üzrə) və onun köməkçi orqanları olan katiblik, ümumi xidmət və informasiya Büroları yaradılmışdır.

ABK üzvləri bu təşkilatın üzvü olan dövlətlər tərəfindən ümumi razılığa əsasən təyin edilir və onlar öz vəzifələrindən ancaq Avropa Birliyinin orqanlarından biri olan xüsusi məhkəmə (Cour de justice) tərəfindən kənarlaşdırıla bilərlər. ABK qərarları ümumi səs çoxluğu ilə qəbul edilir. ABK nəzdində ona üzv dövlətlərdən akkreditə (Akkreditə etmək) olunan diplomatlar fəaliyyət göstərirlər.

ABK qərargahı Brüsseldə yerləşir.

...