+2 səs
171 baxış
Tibb, Sağlamlıq bölməsində

Mobil telefonlar xərçəng xəstəliyi və ya şiş yarada bilərmi?

1 cavab var:

+2 səs
 

Qida və Dərman İdarəsi (FDA), radiotezlik radiasiyasının 2008 və 2019 arasında heyvanlar və insanlarla olan cəmi 150 təcrübəsi nəticəsində şiş və ya xərçəngə səbəb olduğunu göstərən "tutarlı bir dəlil" olmadığını açıqladı. 

Əlbəttə ki, heyvanlar insanlar kimi cib telefonlarından istifadə etmirlər, lakin FDA bildirir ki, bir siçanın bütün bədəninə insanların mobil telefondan istifadə etdikləri radiasiyanın miqdarına nisbətən daha yüksək səviyyədə radiotezlik verilir. Xülasə, FDA-nın yeni araşdırması göstərir ki, radiotezlik radiasiya ilə şiş və ya xərçəng əmələ gəlməsi arasında heç bir əlaqə yoxdur

Sözügedən araşdırma 5G üçün böyük əhəmiyyət daşıyır. Çünki sonrakı nəsil şəbəkə texnologiyasının şişlər və ya xərçəngə səbəb ola biləcəyindən narahatdır, çünki 4G-dən daha yüksək tezlik dalğalarında işləyəcəkdir. FDA bildirir ki, dünya 5G-yə yönəldikdə, cib telefonlarının insan sağlamlığına potensial təsiri hər zamankindən daha çox araşdırılmalıdır.

ABŞ Federal Rabitə Şurası (FCC), 300 kiloherz və 100 gigherz arasındakı radiasiyanın insanlar üçün təhlükəsiz olduğunu söylədi. FCC, 5G'nin hər dəfə insan sağlamlığı üçün bir təhlükə yaratmadığını söyləsə də, tədqiqatçılar cib telefonlarının insanlara, xüsusilə də şiş meydana gəlməsinə meylli insanlara təsirlərini daha dərindən araşdırmağa çağırırlar.

Yəni hər şeyi telefonların üstünə atmayın. Amma bu o demək deyil ki, telefonla yaşıyın. Təbii bir haldır ki, hər şeyin çoxu ziyandır. Ən azından gözlərinizə ziyandır. Çalışaq hər şeyi dərindən araşdıraq sonra inanaq.

Oxşar suallar

+1 səs
6 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
+3 səs
1 cavab
soruşub 02 Yanvarda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
+3 səs
1 cavab
soruşub 03 Yanvarda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
+3 səs
2 cavab
soruşub 03 Yanvarda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
+3 səs
1 cavab
soruşub 02 Yanvarda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
...