0 səs
101 baxış

Heyvanların yayılmasına nə təsir edir? Niyə müəyyən ərazilərdə heyvanların bir növlərinə rast gəlinmədiyi halda, digər növlərinə təsadüf olunur?

1 cavab var:

0 səs
 

Buna səbəb içərisində yaşayış temperaturu əsas olan iqlim amilləridir. Məsələn, rif əmələ gətirən mərcanlar suyun temperaturu 20°C olduğu halda yayıla bilir. Qazıntı halında olan mərcanlara isə Qütb dairəsi arxasında rast gəlinməsi keçmiş geoloji dövrlərdə bu yerlerdə isti dənizlərin olmasına sübutdur. Müxtəlif heyvanların temperaturun dəyişməsinə münasibəti də eyni deyildir. Bir sıra növlərdə bu amplituda geniş diapazonda, başqalarında isə kiçik diapazonda özünü göstərir. Şirin sularda və yer səthində yaşayan heyvanlar üçün ən yaxşı şərait Şimal yarımkürəsi hesab edilir. Bunun əsas səbəbi burada qurunun geniş massivlərinin olmasıdır. Ekvator boyunca tropik qurşaqlarda mərcanlar, ayaqsız suda-quruda yaşayanlar və timsahlar geniş yayılmışdır. Bütün bu qrup heyvanlar ancaq daimi yüksək temperatur şəraitində yaşaya bilər.

Heyvanların şaquli sərhədlərə görə yayılması bir çox hallarda temperatur şəraiti ilə izah olunur. Yüksəkliklə əlaqədar dağlıq ərazilərdə bir çox heyvanların yayılma arealları qırılmış, onların bir çoxu şimal ovalıqlarında uyğun gələn şəraitdə yayılmışdır. Avropada belə növlərə tundra çiltoyuğunu, ağdöş qaratoyuğu və ağ dovşanı misal göstərmək olar.

Keçmişdə iqlimin dəfələrlə dəyişməsi nəticəsində bəzi qruplar və heyvan növləri məhv olmuş, digərləri isə daha da geniş yayılmışlar. Beləliklə, XIX əsrin sonunda orta illik temperaturun yüksəlməsi bir çox heyvan növlərinin Şimal yarımkürəsində, uyğunlaşdıqları zonaların sərhədlərindən kənarda məskunlaşmalarına şərait yaratmışdır. Çöl donuzu və sığıra Qütb dairəsinə yaxın yerlərdə də rast gəlinir. İsti-liksevən balıqlara aid edilən skumbriya, Fin körfəzi vasitəsilə Baltik dənizinə və oradan da gözlənilmədən Ağ dənizə yayılmağa başlamışdır.

Daha bir iqlim göstəricisinin zoocoğrafiya üçün nəzərə alınması çox vacibdir. Qütblərdən ekvatora doğru suyun duzluluğunun artması şirinsulu mühitin faunasının dəniz mühiti ilə daha sıx uyğunlaşmasına şərait yaratmışdır. Bir halda ki, tropiklərdə yerləşən okean adalarında əsil şirinsulu formalar yoxdur.

Heyvanların yayılmasında başqa iqlim amilləri də rol oynayır. Səhralarda yağıntıların və suyun olmaması, dağlarda isə aşağı təzyiqin və küləyin olması buna misal ola bilər. Məsələn, güclü küləyin təsirindən uça bilməyən həşəratlar qrupu formalaşır ki, bunların qanadlarının olmaması onların külək tərəfindən sovrulmasının qarşısını alır. Su orqanizmlərinin yaranmasında və yayılmasında mühitin kimyəvi tərkibi əsas şərtlərdən biridir. Əgər sahil suları və ya daxili dənizlər güclü şəkildə təmizlənirsə, bu sulara tipik dəniz faunası nümayəndələri çətin düşə bilir. Əksinə, burada şirin su faunası çox geniş yayılır. Suda olan oksigenin miqdarı su hövzəsinin məhsuldarlığına və orqanizmlərin yaranmasına təsir göstərir. Suda və torpaqda olan kalsiumun miqdarından asılı olaraq dəniz və quru faunasının məskunlaşması nəticəsində molyuskların əksəriyyətinin yaratdıqları balıqqulağıları əhəngdaşılarından ibarət olur.

Bir çox heyvan növlərinin məskunlaşması torpaq tiplərindən asılı olaraq dəyişir. Xüsusilə də bu hal yer qazan heyvanlarla, sünbülqıranlarla, marmonlarla, qumsiçanları ilə daha çox bağlı olur. Parazit heyvanların areallarının sərhədləri, ilk növbədə, onların sahibləri ilə əlaqədardır. Bir çox quş növlərinin arealları bitki mənşəli yemin olmasından asılıdır. Məsələn, çataldimdik ancaq və ancaq şamağacı və küknar meşələrində məskunlaşır, öz balalarını bu ağacların toxumları ilə qidalandırır.

Çox nadir hallarda ekoloji tələblərə uyğun hansısa növ bütün ərazini tuta bilir. Avropada yaşayan bir çox heyvanlar onlara uyğun gələn şəraiti Şimali Amerikada tapa bilərlər. Bəzi növlər isə Cənubi Amerikanın və Afrikanın mülayim zonalarında məskunlaşa bilərlər. Lakin bu, baş vermir, belə ki, heyvanların həyat tərzi üçün yararlı sahələrin məskunlaşmasına maneçilik törədən bəzi çətinliklər mövcuddur. Balıqlar quruda hərəkət edə bilmədiyindən, qonşu su hövzələri belə çox hallarda müxtəlif növlərdən ibarət olur. Şirinsulu hövzələr dəniz heyvanlarının yayılmasının qarşısını aldığı kimi, dənizlər də şirin suda yaşayan heyvanların yayılmasına maneçilik törədir. Bir çox yer üstündə yaşayan heyvanlar qrupunun məskunlaşmasına su sahələri çətinlik törədir. Ona görə də materiklərdən, adalardan uzaqda yerləşən yerüstü fauna öz növ tərkibinə görə xeyli dərəcədə kasaddır. Açıq landşaftların olması meşə heyvanlarının məskunlaşmasının qarşısını alır, lakin eyni zamanda, düzənlik və səhrada yaşayan heyvanlar çətinliklərə baxmayaraq, meşələrə daxil ola bilmirlər. Bir çox heyvanlar üçün dağ silsilələrinin keçilməz olması və yem çatışmazlığı məskunlaşmanı daha da mürəkkəb, çətin vəziyyətə salır.

Yerin geoloji tarixi ərzində, bir çox proseslərin dəyişməsi nəticəsində heyvanların ayrı-ayrı qruplarının yayılması xeyli dərəcədə artmış, bəzi hallarda isə maneələr bu prosesi azaltmışdır, insanın təsərrüfat fəaliyyəti nəticəsində, son vaxtlar müxtəlif çətinliklərin yaranması da azalma ilə nəticələnmişdir. Məsələn, çaylarda bəndlərin tikilməsi bir çox keçid balıqlarının areallarının sıxlaşmasına öz təsirini göstərdiyi halda, kanallarda isə bunun əksinə, heyvanların qonşu ərazilərə daxil ola bilmələri üçün şərait yaranmışdır, yəni faunaların qarşılıqlı mübadiləsi baş verir.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 27 Dekabrda, 19 anonim Heyvanlar, Bitkilər bölməsində
+2 səs
1 cavab
soruşub 30 Dekabrda, 20 anonim Heyvanlar, Bitkilər bölməsində
+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Heyvanlar, Bitkilər bölməsində
+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Heyvanlar, Bitkilər bölməsində
+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Heyvanlar, Bitkilər bölməsində
...