+1 səs
295 baxış
Şəxslər, Tarix bölməsində

Atilla kimdir?

1 cavab var:

0 səs
 

Atilla (təxm, 400-453). Qərbi Hun imperiyasının hökmdarı. Hakimiyyətinin 1-ci dövründə (434-444) imperiyanı böyük qardaşı Bledlə birlikdə idarə edib, imperiyada daxili sabitliyi bərpa etmək məqsədilə hunların hakimiyyətinə qarşı baş qaldıran qəbilələrin müqavimətini qırmış, Bizans imperiyası ilə Marqus sülh müqaviləsi bağlayaraq (434), onu əvvəllər olduğu kimi, Hun imperiyasına hər il 700 librə bac-xərac verməyə məcbur etmişdir. Atilla 441 ildən başlayaraq, o dövrün ən qüdrətli dövlətlən olan Roma imperiyası və Bizans üçün təhlükəli rəqib idi. 441 ildə böyük bir ordu ilə Dunayı keçərək, Egey dənizi sahillərinə qədər torpaqları ələ keçirmiş, 442 ildə bağlanan sülhə görə, Bizansı ödənən bac-xəracın miqdarını 2100 librəyədək artırmağa məcbur edib. 445 ildə qardaşı Bledi öldürməklə, Hun imperiyasının şəriksiz hökmdarı olan Atilla Bizansla bağladığı sülh müqaviləsini pozaraq, 447 ildə Dunayı keçməklə, Konstantinopola qədər irəliləyib. 448 ildə A. Bizansa növbəti zərbə endirərək, bütün Frakiy- anı ələ keçirmişdir.

451 ildə 500 minlik ordu ilə Qərbi Roma imperiyasına zərbə endirən Atilla Qalliyaya həmlə etmişdir. O, romalıların müttəfiqi vestqotların paytaxtı Orleanı mühasirə etsə də, şəhəri ala bilməmişdir.

Atilla 452 ildə Alp dağlarını keçərək, Romaya hücum etmişdir. Papa Leonun xahişinə əməl edən Atilla müdafiəsiz qalan şəhərə girməyərək italiyanı tərk etmişdir. Atilla 453 ildə müəmmalı şəkildə vəfat edib. Avropa xalqlarının əfsanələrində Atilla «Allahın qamçısı» kimi anılır. Atilla cəsur sərkərdə olmaqla yanaşı, həm də mahir diplomat idi. Öz məqsədinə çatmaqda güc tətbiqi ilə bərabər, diplomatik gedişlərdən də məharətlə istifadə etmişdi.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Şəxslər, Tarix bölməsində
...