+1 səs
172 baxış
Şəxslər, Tarix bölməsində

Atif Seyit Məhəmməd kimdir?

1 cavab var:

0 səs
 
Atif Seyit Məhəmməd Oğlu (1399-1469). Krım xanlığında ərsəyə çatan elm və siyasi xadim, diplomat. Krımla Misir arasında kəsilən diplomatik əlaqələri bərpa etmək məqsədilə 1427 ildə elçi kimi Qahirəyə göndərilib.

1428 ildə Hacı Girey Krım xanı olandan sonra Atif onun müşaviri təyin edilib. Polşa və Rusiya ilə sülh şəraitində yaşamağa çalışan Krım xanı A.S.M.-i Polşaya elçi göndərmiş və venetsiyalı- larla, genuyalıları Krımdan qovmağı və Krımı güclü bir dövlətə çevirməyi götür- qoy edərkən Atif Seyit Məhəmmədin məsləhət və xidmətlərindən faydalanıb. Qara dənizin Şimal-Qərb sahillərində köçəri həyat tərzi yaşayan tatarların və noqayların Krım xanlığı ətrafında birləşməsində

Atif Seyit Məhəmmədin böyük xidmətləri olub. Həmin dövrdə istanbula elçilər göndərməklə Krım-osmanlı əlaqələrinin yaranması, Osmanlı donanmasının genuyalıları Krımdan qovmaq üçün həmlələri və eləcə də tatar gənclərinin təhsil üçün istanbula göndərilmələri bir diplomat kimi Atif Seyit Məhəmmədin uğurlu xidmətidir.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Şəxslər, Tarix bölməsində

...