Asiya-Sakit Okean Şurası (AS- PAK). Regional siyasi-iqtisadi təşkilat; hakimiyyət strukturlarının mövqelərini möhkəmləndirmək üçün siyasi məşvərət və əməkdaşlıq orqanı kimi Avstraliya, Malayziya, Yeni Zelandiya, Tailand, Yaponiya, Cənubi Koreya, Cənubi Vyetnam və Tayvan tərəfindən 1966 ildə yaradılıb. ABŞ-ın xəttini həyata keçirən bəzi üzv ölkələrdəki rejimlər ASPAK-ı antikommunist hərbi-siyasi bloka çevirməyə çağırırdılar. Avstraliya, Yeni Zelandiya və Yaponiya Asiya - Sakit okean regionunda öz siyasi və iqtisadi nüfuzlarını artırmaq planlarını ASPAK-la bağlayırdılar. Hind-Çində milli-azadlıq hərəkatının qələbəsi ilə imperializmin Cənub-Şərqi Asiyada və Sakit okean regionunda yaranan hərbi- siyasi strategiya böhranı ASPAK-da daxili ziddiyyətləri kəskinləşdirdi. 1973 ildə Malayziya bu təşkilatdan çıxdı. Şuranın növbəti sessiyasını «qeyri- mıiəyyən vaxtadək» təxirə salmaq barədə 1973 il qərarı əslində ASPAK-ın fəaliyyətinin dayandırılması kimi qəbul edildi. 1975 ildə Yeni Zelandiya və Tailand ASPAK-dan öz təmsilçilərini geri çağırdılar.