Asiya Konfransı. (1955). 17 dövlətin nümayəndələrinin iştirakı ilə 6-10.VI. Dehlidə keçirilmişdir. Beynəlxalq gərginliyi zəiflətmək (Beynəlxalq gərginliyin zəiflədilməsi) üçün Asiya xalqlarını həmrəyliyə çağırmış, xalqların azad yaşamaq hüququnu müdafiə etmişdi. Asiya ölkələrindəki xarici hərbi bazaların ləğv olunmasını, Tayvanın Çinə, Qoanın Hindistana, Qərbi irianın İndoneziyaya, Okinavanın Yaponiyaya qaytarılmasını tələb edirdi. Nüvə, bioloji və kimyəvi silahların qadağan olunmasını və onların sınaqlarının dayandırılmasını tələb edən qətnamə qəbul etmişdi.