+1 голос
1,218 просмотров
от

Torpaq əmələ gətirən amillər

2 Ответы

0 гол-в
от
 
Лучший ответ

Torpaq, sərbəst, təbii cisim olmaqla, təbiətin dördüncü səltənətidir. Elmi ənənələrə əsasən onun təsvirindən başqa, torpağın əmələ gəldiyi, formalaşdığı təbii-coğrafi şəraiti də üzə çıxarmaq tələb olunur. Belə bir sual ortaya çıxır: torpaq hansı "ilkin elementlərdən" yaranmışdır? V.Dokuçayevin fikrincə, torpaq uzunmüddətli, qarşılıqlı, bir tərəfdən, iqlim və ana dağ süxurları arasında, digər tərəfdən, bitki və heyvan orqanizmləri arasında güzgü rolunu daşıyır.

İqlim mühitin temperaturunu və rütubətini müəyyən edir və bunun nəticəsində dağ süxurlarının aşınması, bitki və heyvan qalıqlarından humusun yaranması baş verir. Təbii şəraitdən asılı olaraq, nəticədə müxtəlif maddələr əmələ gəlir ki, bu da konkret torpağın quruluşuna və keyfiyyətinə öz təsirini göstərir, iqlim bitki və heyvanat aləminin xüsusiyyətlərini müəyyən edir, ona görə də V.Doku-çayev bu amilləri torpaqəmələgəlmədə çox böyük və həlledici, vacib amil adlandırmışdır.

İqlimdən, ana dağ süxurlarından və "canlı maddələrdən" (canlılardan) əlavə, torpaqəmələgəlmə prosesi xeyli dərəcədə yerin relyefindən asılıdır. Relyef iki funksiya yerinə yetirir: birincisi, mikroiqlimi müəyyən edir, ikincisi isə, torpaq hissəciklərinin yerləri dəyişdikdə yağış və qar suları ilə yuyularaq aşağı "sürüşdükdə" yamac boyu hərəkət etməsini təmin edir. İqlimi, torpağı əmələ gətirən süxurları, canlı orqanizmləri və relyefi V.Dokuçayev torpaqəmələgətirən amillər adlandırmışdır. Bu amillər torpaq profilinin tərkibinə və quruluşuna təsir göstərir, zaman daxilində torpaq-əmələgəlmənin istiqamətini və dəyişməsini (aşınmaya uğramış təzə süxurdan yetişmiş torpağadək) təyin edir.

Torpaq müəyyən zaman daxilində dəyişdiyindən, V.Dokuçayev beşinci amil kimi torpaqəmələgətirən süxurların tərkibini təyin edən ərazinin yaşını da ayırmışdır. Onlar aşınma prosesinin müasir şəraitində, daha qədim çöküntülər üzərində də əmələ gələ bilir. Beləliklə, mülayim qurşağın müasir torpaqları üçüncü dövrün kaynozoy erasında hakim iqlim sayılan tropik iqlim şəraitində əmələ gələ bilərdi.

Müasir torpaq örtüyü irsən torpaq profili üzərində də yarana bilər. Belə hallarda həmin torpaqları relikt torpaqlar (lat. "reliotum" - qalıq) adlandırırlar. Bir çox hallarda relikt torpaqlar geniş əraziləri əhatə edir (məsələn, Avstraliyada).

Nəhayət, uzun zaman daxilində torpaqlar qanunauyğun olaraq xarici mühitin dəyişmədiyi bir dövrdə də dəyişir, inkişaf edir. Belə dəyişikliklər torpağın təkamülü adlanır.

Beləliklə, torpaq təbii-tarixi cisim olmaqla (yəni, təbii proseslər nəticəsində əmələ gələn və özünün inkişaf tarixi olan) ana süxurun, canlı orqanizmlərin, iqlimin və relyefin qarşılıqlı təsiri nəticəsində yaranan biokos maddədir. Bu qarşılıqlı inkişafın nəticəsi onun zaman daxilindəki müddətindən asılıdır.

0 гол-в
от
serbet , tebii cisim olmaqla,torpağının emele geldiyi

Похожие вопросы

0 гол-в
1 ответ
спросил 12 Окт, 19 от аноним
+3 гол-в
1 ответ
спросил 13 Фев от аноним в категории Şəhər, Ölkə, Coğrafiya
+3 гол-в
1 ответ
спросил 03 Фев от аноним в категории Şəxslər, Tarix
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Şəxslər, Tarix
+1 голос
1 ответ
спросил 19 Окт от аноним в категории Şəhər, Ölkə, Coğrafiya
...