+1 səs
139 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

Asiya İnkişaf Bankı nədir?

1 cavab var:

0 səs
 

Asiya İnkişaf Bankı (AsiB). BMT- nin İqtisadiyyat və Sosial Komissiyasının XXI sessiyasının qərarı ilə Asiya və Sakit okean hövzəsi (ASOİSK) üçün nəzərdə tutulub; 1966 ildə təsis edilib.

Kredit fəaliyyətinə 11.1968 ildə başlayıb. ASOİSK və BMT-nin ixtisaslaşmış təşkilatlarının üzvü olan ölkələr AsiB-in iştirakçıları ola bilərlər.

AsiB səhmdar cəmiyyət kimi yaradılıb; maliyyə ehtiyatları nizamnamə kapitalından və kreditlərdən toplanır. AsiB öz ehtiyatlarını səfərbər etmək məqsədilə Amerika və Qərbi Avropa pul bazarlarına qiymətli kağızlar çıxarır. Rəsmi olaraq məqsədləri inkişaf etməkdə olan ölkələrin Asiya iqtisadi və xarici ticarətinin tərəqqisinə kömək etmək, habelə onlara maliyyə, texniki və iqtisadi yardım göstərməkdir.

Bankda səslərin 80%-i səhm kapitalı üçün keçirilən üzvlük haqqına mütənasib qaydada bölüşdürülür və bu səbəbdən bütün səslərin 65%-i inkişaf etmiş kapitalist ölkələrinin payına düşür.

AsiB müxtəlif obyektlərin tikilməsini birgə maliyyələşdirmək üçün beynəlxalq və milli kredit təşkilatları (həm dövlət və həm də özəl) ilə əməkdaşlıq edir. Bankda iki ixtisaslaşdırılmış fond fəaliyyət göstərir: Asiya inkişaf Fondu və Özəl Texniki Yardım Fondu.

AsiB-in ali orqanı Müdirlər Şurasıdır. Mənzil-qərargahı Manila (Filippin) şəhərində yerləşir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 20 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+1 səs
1 cavab
soruşub 26 Yanvarda, 20 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+1 səs
1 cavab
soruşub 26 Yanvarda, 20 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+3 səs
1 cavab
soruşub 12 Fevralda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
...