+2 səs
219 baxış
Qanun, Hüquq bölməsində

Arktikanın hüquqi rejimi necədir?

1 cavab var:

+1 səs
 

Arktika coğrafi mərkəzi Şimal qütbü olan region. Buraya Avropanın, Asiyanın və Şimali Amerikanın şimal hissələri və çoxsaylı adaları və arxipelaqları ilə birlikdə Şimal Buzlu okeanı daxildir. Arktika üçün məqbul sayılan ümumi coğrafi sərhədlər müəyyən olunmuşdur.

Rusiya, ABŞ, Kanada, Norveç və Danimarka Arktika dövlətləri hesab olunurlar.

Arktikanın hüquqi rejimi beynəlxalq hüququn normaları və A. dövlətlərinin milli qanunvericilik aktları ilə müəyyənləşdirilir.

Rusiyanın sahil boyu yerləşən A. rayonlarına hüquqları varisi olduğu SSRİ MİK-in (15.IV.1926) qərarı ilə təsbit edilib. Bu qərara əsasən, Şimal Buzlu okeanında Şimal qütbünədək 32004I35II ş.u. və 16804903011 q.u. meridianları arasındakı hüdudlarda yerləşən «istər kəşf edilən və istərsə də bundan sonra kəşf oluna bilən bütün torpaqlar və adalar» Rusiyanın ərazisi hesab olunur, istisna yalnız 320 və 350 ş.u. arasında yerləşən Şpisbergen arxipelaqının şərq adaları üçün müəyyən edilib.

1925 ildə Kanadada şimal-qərb torpaqları haqqında qanuna «Əlavə» qəbul edilib. «Əlavə» Kanada hökumətinin xüsusi razılığı olmadan xarici döv

lətlərə Kanadanın Arktika torpaqlarında və adalarında hər hansı bir fəaliyyətlə məşğul olmağı qadağan edir. Bu qaydalar 1926 ildə kral fərmanı ilə təsdiq edilmişdir.

Digər Arktika dövlətləri onların ərazilərinə bitişik A. rayonlarına dair xüsusi sənəd qəbul etməmişlər. Lakin onların kontinental şelf, iqtisadi və ya balıqçılıq zonaları haqqında qanunvericilik aktları bu rayonlara da şamil edilir.

1933 ildə Beynəlxalq Məhkəmənin Daimi Palatasının qəbul etdiyi qərara əsasən, Qrenlandiya üzərində Danimarkanın hüququ tanınmışdır.

Şpisbergenə dair 1920 il müqaviləsinə əsasən, Şpisbergen üzərində Norveçin hüququ tanınmışdır.

Arktika dövlətlərinin xüsusi hüquqlarının tanınması BMT-nin Dəniz hüququ konvensiyasında (1982) öz əksini tapıb.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 09 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 09 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 09 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 11 Fevralda, 21 anonim Qanun, Hüquq bölməsində
+3 səs
1 cavab
soruşub 11 Fevralda, 21 anonim Qanun, Hüquq bölməsində
...