+1 səs
172 baxış
Şəxslər, Tarix bölməsində

Argentina-Çili Ərazi Mübahisəsi haqqında

1 cavab var:

0 səs
 

Biql körfəzində dəniz sərhədinin delimitasiyası və sərhəd rayonunda bir neçə adanın mənsubluğu məsələsi ilə bağlı baş verib (Biql körfəz münaqişəsi adlanır). Argentina ilə Çili arasında həmin məsələ ilə bağlı ixtilaf XIX əsrin əvvəllərində yaranıb, iki ölkə arasında 1826, 1855, 1881, 1893 və 1902 illərdə bağlanan müqavilələr (Beynəlxalq müqavilə) bu ixtilafı son olaraq tənzimləyə bilməmişdir. Belə ki, 1881 il müqaviləsi təkcə bunu müəyyənləşdirirdi ki, Argentinanın suveren (Suverenlik) hüquqları Biql körfəzindən şimalda və şərqdə yerləşən adalara, Çilininki isə Biqldən cənubdakılara şamil edilməlidir. 1855 və 1902 il müqavilələrilə nəzərdə tutulurdu ki, ərazi mübahisələrini həll etməkdən ötrü tərəflər arbitaja müraciət etməlidirlər.

1960 illərin axırlarında bu rayonda xeyli balıq, neft və qaz ehtiyatlarının aşkara çıxarılması ilə ərazi mübahisəsi daha da kəskinləşdi. 1967 ildə Çili iddianı baxılmaq üçün birtərəfli qaydada Böyük Britaniya hökumətinin arbitrajına verdi. 22.VII.1971 ildə İngiltərə, Argentina və Çili arbitaj məhkəməsinin təsis olunması barədə razılığa gələ bildilər. Məhkəmənin 02.V.1977 il qərarına əsasən, Argentinanın suverenliyi Biql boğazının şimal hissəsinə, Çilinin suverenliyi isə boğazın cənubuna və mübahisəli Pikton, Lenkton, Lenmoks və Nueva adalarına şamil edilirdi. Argentina hökuməti bu qərarı rədd etdi və Çili hökumətinə təklif etdi ki, ikitərəfli danışıqlar aparılsın və Cənubi Atlantikada vəziyyəti gərginləşdirməmək barədə qarşılıqlı təəhhüd götürülsün. Lakin Çili xuntası iki ölkə arasında münasibətləri daha da gərginləşdirmək yolunu tutdu.

«Puerto-Mont protokolu» (20.11.1978) mübahisəni həll etmək üçün danışıqlar aparmağı nəzərdə tuturdu, lakin qitənin cənub hissəsində yurisdiksiyaya (Dövlətin yurisdiksiyası) qəti hədd qoyulması ilə bağlı qarışıq komissiyanın işi düyünə düşdü. 1978 ilin dekabrında tərəflər Vatikanın vasitəçiliyindən istifadə etmək barədə razılığa gəldilər və bu xüsusda 08.1.1979 ildə saziş imzalandı. Hər iki tərəf 23.11984 ildə bir daha təsdiq etdi ki, mübahisəni dinc yolla həll etmək niyyətindədirlər.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 09 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 09 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 09 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...