+2 səs
196 baxış
Qanun, Hüquq bölməsində

Arbitraj (Beynəlxalq məsələlər üzrə) nədir?

1 cavab var:

+1 səs
 

Mübahisə edən tərəflərin könüllü razılığı əsasında vahid arbitr, yaxud arbitrlər tərəfindən beynəlxalq mübahisəni araşdıran orqan. Arbitraj mübahisə edən tərəflərdən ötrü onun qərarlarının mütləq hüquqi qüvvə daşıması və arbitrin, yaxud arbitrlərin mübahisə edən tərəflərin özləri tərəfindən seçilib təyin olunmaları ilə səciyyələnir. İki növ Arbitraj mövcuddur: a) konkret mübahisə üzrə yaradılan və b) beynəlxalq müqavilələrin icrası gedişində ortaya çıxa biləcək mübahisələrin həlli üçün nəzərdə tutulan.

Arbitraj orta əsrlərdən məlumdur. Lakin daha çox XVIII əsrin sonunda və XIX əsrin əvvəlində geniş yayılıb. A. haqqında Əsasnamə beynəlxalq ixtilafların dinc həllinə dair 1899 və 1907 il Haaqa Konvensiyasında (Haaqa konfransları 1899-1907) əks olunub. Arbitrajın tətbiqi beynəlxalq mübahisələrin dinc həllinin mümkün vasitələrindən biri kimi BMT Nizamnaməsində, bir çox digər sazişlərdə nəzərdə tutulur.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 16 Apreldə, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 20 anonim Biznes, Maliyyə bölməsində
+1 səs
2 cavab
soruşub 19 Oktyabrda, 21 anonim Qanun, Hüquq bölməsində
+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...