+2 səs
167 baxış
Biznes, Maliyyə bölməsində

Arbitraj (xarici ticarət üzrə) nədir?

1 cavab var:

+1 səs
 

Arbitraj (xarici ticarət üzrə). Tərəflər arasında razılaşdırılmış, yaxud müəyyən olunmuş qaydada təyin olunan tretey məhkəməsi, yəni arbitrlər tərəfindən xarici ticarət razılaşmaları üzrə mübahisələri həll edən orqan.

Xarici ticarət Arbitrajının iki növü vardır: daimi fəaliyyət göstərən və müvəqqəti. Daimi fəaliyyət göstərən tretey (arbitraj) orqanları geniş səlahiyyətə malik olan, yəni xarici ticarət üzrə istənilən razılaşmalarda ortaya çıxan mübahisələri baxılmaq üçün qəbul edən məhkəmələrə və yalnız müəyyən hüquqi münasibətdən irəli gələn mübahisələrin həlli üzrə ixtisaslaşan məhkəmələrə bölünürlər. Onlar müvafiq nizamnamələr əsasında fəaliyyət göstərir, özlərinin prosedur qaydaları və katiblikləri olur (Xarici Ticarət Arbitraj Komissiyası - XAK).

Müvəqqəti xarici ticarət Arbitraja müraciət edərkən tərəflər hər bir konkret halda yaranmış mübahisəni həll etmək üçün Arbitraj orqanı yaradırlar. Xarici fərdlə hüquqi münasibətə dair mübahisələrə baxan Arbitraj məhkəmələri ilə ölkə-daxili təsərrüfat təşkilatlarının mübahisələrinə baxan dövlət Arbitrajını eyni tutmaq olmaz.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 20 anonim Qanun, Hüquq bölməsində
+1 səs
2 cavab
soruşub 19 Oktyabrda, 21 anonim Qanun, Hüquq bölməsində
+3 səs
1 cavab
soruşub 16 Apreldə, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
...