0 👍
191 👀

Torpaq nədən ibarətdir?

1 Ответ

+1 👍
 
Лучший ответ

Yaxşı məlumdur ki, su çimərlik qumuna çox sürətlə, tez bir zamanda hopur və hopmaqla yanaşı, tezliklə torpağın dərin qatlarına keçir. Bunun əksinə olaraq, gil suyu buraxmır. Ona görə qədim zamanlarda gildən qab-qacaq düzəldirdilər. Daha qədim dövrlərdə isə gildən müxtəlif ləvazimatlar hazırlayırdılar. Bir çox hallarda, onları hətta bişirməmiş istifadəyə verirdilər. Məsələ ondadır ki, qum hissəciklərinin ölçüləri nisbətən iri olduğundan, 0,1-3 mm arasında dəyişir. Ölçüləri böyük olduğundan onlar bir-birinə möhkəm yapışa bilmir və aralarında boşluqlar yaranır. Kanalabənzər bu boşluqlar vasitəsilə su tezliklə dərin qatlara süzülür. Kiçik gil hissəcikləri isə, öz ölçülərinə görə 0,01 mm və yaxud tozabənzər (0,01 mm-dən 0,1 mm-dək) olduqlarından torpaqda elə möhkəm yerləşir ki, onların arasındakı məsamələrdən su çox çətinliklə süzülür. Praktik olaraq heç bir torpaq bütövlükdə ancaq qumdan və ya gildən ibarət deyildir. Bütün torpaqlarda onlar birlikdə iştirak edir, lakin müxtəlif miqdarda, məsələn, 55% qumdan, 45% gildən ibarət olur. Bütün bu göstəricilərə görə torpağın mexaniki tərkibi haqqında fikir söylənilir. Əgər onun tərkibində iri qum hissəcikləri üstünlük təşkil edirsə, torpaqda qum hissəciklərinə üstünlük verilir və yaxud çoxlu miqdarda xırda gillərdən ibarətdirsə, ağır gilli torpaqlar hesab olunur. Əgər torpağın tərkibində qumun və gilin miqdarı təxminən eynidirsə, onu gilli torpaq adlandırırlar. Torpağın mexaniki tərkibi onun münbitliyinə çox güclü təsir göstərir. Torpağın tərkibində qum hissəcikləri çoxluq təşkil edirsə, torpaq çox zəif susaxlama qabiliyyətinə malik olur. Eyni zamanda, belə torpaqlarda bitki kökləri öz tənəffüsü üçün yüksək səviyyədə hava ilə də təmin olunur. Əksinə, torpağın tərkibində artıq miqdarda gil hissəciklərinin olması çox qiymətli sayılan rütubətin torpaqda saxlanılmasını, amma havanın pis daxil olmasını təmin edir.

...