Araslı Elman Həmid oğlu (1933). 1956 ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1962-1964 illərdə Misirdə, 1967-1969 illərdə isə iraqdakı müxtəlif Sovet Cəmiyyətlərinin nümayəndəliklərində çalışmışdır. 1969-1974 illərdə SSRİ-nin iraqdakı səfirliyində birinci katib, sonra isə müşavir, 1980-1984 illərdə iordaniyadakı səfirliyində müşavir, 1989- 1992 illərdə isə Yəmən Respublikasındakı səfirliyində müşavir vəzifəsində çalışmışdır. 1993 ildə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsinə təyin olunmuşdur.
Fövqəladə və Səlahiyyətli səfir diplomatik rütbəsinə (Diplomatik adlar və rütbələr) malikdir.