+1 səs
236 baxış
Qanun, Hüquq bölməsində

Aralıq Dənizi Antantası nədir?

1 cavab var:

+1 səs
 

Aralıq Dənizi Antantası (ADA) (1887). İngiltərə, Avstriya-Macarıstan və İtaliya arasında rəsmi şəkildə formalaşan ittifaq; Aralıq dənizinin şərq hissəsində status-kvonu saxlamağa xidmət edib.

Müstəmləkə məsələlərində İngiltərə-Fransa ziddiyyətləri və Balkanlarda Rusiyanın möhkəmlənməsinə yol verməmək cəhdləri İngiltərəni Üçlər ittifaqı ölkələri ilə yaxınlaşdırdı. Yaxın

Şərqdə İngiltərə-Rusiya ziddiyyətlərinin kəskinləşməsində maraqlı olan Almaniya kansleri O.Bismark Britaniya hökumətini üstüörtülü şəkildə başa saldı ki, əgər saziş imzalanmazsa, Almaniya Misir məsələsində İngiltərəyə dəstək verməyəcəkdir. R.Solsberi güzəştə getməli olsa da, sazişin mətnində bir sıra düzəlişlər apardı.

İtaliya ilə saziş 12.11.1887 ildə Solsberi ilə italiyanın Londondakı səfiri Korti arasında notalar mübadiləsi şəklində bağlandı. Tərəflər öhdəyə götürürdülər ki, Aralıq, Adriatik, Egey və Qara dənizlərdəki status-kvonu saxlamağı və onun pozulmasına səbəb ola biləcək hər cür dəyişmələrə yol verməməyi öhdəyə götürürdülər. Status- kvonu saxlamaq mümkün olmayacağı təqdirdə İngiltərə ilə İtaliya öz aralarında xüsusi saziş bağlamağı nəzərdə tuturdular. İngiltərənin notasında (Diplomatik notma) qeyd olunurdu ki, «birlikdə fəaliyyət göstərməyin xarakteri hər bir hadisənin törəmə şəraitindən asılı olaraq ona ehtiyac duyulan vaxt müəyyən ediləcəkdir». Bu şərt İngiltərənin İtaliyaya hərbi yardım göstərməkdən yayınmasına imkan yaradırdı. 24.111.1887 ildə Avstriya-Macarıstan da A.D.A.-na qoşuldu.

12.XII.1887 ildə Londonda Solsberi ilə Avstriya-Macarıstanın səfiri Karoli arasında notalar mübadiləsi şəklində İngiltərə-Avstriya sazişi bağlandı. İtaliya 16.XII.1887 ildə sazişə qoşuldu. Yeni saziş Türkiyəyə münasibətdə hər üç dövlətin əvvəlki sazişdə nəzərdə tutulan mövqelərini dəqiqləşdirirdi. Avstriya-Macarıstan, İngiltərə və İtaliya Şərqdə status-kvonu saxlamağı öhdəyə götürrüdülər.

Bismarkın İngiltərəni Rusiya və Fransa ilə hərbi münaqişəyə cəlb et mək üçün ADA-nın köməyinə bəslədiyi ümidlər özünü doğrultmadı.

XIX əsrin axırlarında Britaniyanın müstəmləkə qüdrətinə qarşı Almaniyanın təhlükə törətməsi Britaniyanın əvvəlcə Fransa, sonra isə Rusiya ilə yaxınlaşmasına gətirib çıxardı ki, bunun da nəticəsində A.D.A. öz əhəmiyyətini itirdi.

Oxşar suallar

+1 səs
2 cavab
soruşub 21 Yanvarda, 20 anonim Qanun, Hüquq bölməsində
+3 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim
+2 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Qanun, Hüquq bölməsində
+3 səs
5 cavab
soruşub 28 Yanvarda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+2 səs
2 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...