+2 səs
693 baxış
Qanun, Hüquq bölməsində

Aparteid nədir?

6 Cavab

0 səs
 

Aparteid (burların dilində, Apartheid - ayrı yaşama). CAR rejimi tərəfindən köklü afrikalılara və avropalı olmayan əhaliyə münasibətdə həyata keçirilən irqi fərq, ayrı-seçkilik, əsarət və zülm siyasəti; A. CAR-da dövlət siyasəti həddində olub. Aparteid BMT BM, Afrika Birliyi Təşkilatı və Qoşulmamaq Hərəkatının (Qoşulmamaq siyasəti) bir çox qərarlarında bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilib.

Aparteid siyasətinin əsas istiqamətlərindən biri milyonlarla afrikalını xüsusi rayonlara - bantustanlara köçürməkdir. Bu tədbir zənciləri süni olaraq ölkənin qalan əhalisindən ayırmağa və onları torpaq hüququndan məhrum etməyə yönəlmişdir.

Aparteid siyasətinə dair məsələ 1946 ildən baxılmaq üçün BMT-nin gündəliyinə dəfələrlə salınıb. BMT Baş Məclisinin 1962 il qərarı ilə təsis edilən A. əleyhinə xüsusi komitə Aparteidin ləğv edilməsi uğrunda mübarizədə BMT üzvü olan dövlətlərin səylərini birləşdirməkdə böyük iş görüb.

Dünyanın bir çox dövlətlərinin bu siyasətə qarşı fəal çıxışları 1973 ildə BMT BM tərəfindən Aparteidin bir cinayət olaraq qarşısının alınmasına və bu cinayətə görə cəzalandırılmaya dair konvensiya (Beynəlxalq konvensiya) qəbul edilməsilə nəticələnmişdir.

0 səs
Müəyyən    qrup    adamların    assimilyasına    mane    olmaq    məqsədilə    onların izolyasionizmə (təcridinə) yönəlmiş siyasətdir.
0 səs
Əhalinin müəyyən qruplarının siyasi, iqtisadi və vətəndaşlıq hüquqlarının ciddi məhdudlaşdırılması, irqi ayrı-seçkiliyin ən kəskin forması.

Əksər hallarda bu siyasət nəticəsində bir çox hüquqlarından məhrum olunmuş insanlar xüsusi ərazilərdə (rezervasiyalarda) yerləşdirilirlər. Beynəlxalq hüquq qaydaları Aparteidi bəşəriyyətə qarşı cinayət sayır.
0 səs
Əhalinin milli və irqi qruplarına münasibətdə ayrı-seçkilik siyasəti; bu siyasətin əhalinin bir hissəsini sosial-iqtisadi, mülki və s. hüquqlardan məhrum etməklə ifadə olunan ifrat forması.
0 səs
Cənubi Afrika Respublikası (1961-ci ilə kimi Cənubi Afrika İttifaqı) hakim dairələrinin 1948–1994-cü illərdə yerli qaradərili bantu xalqlarına və qeyri-avropalı, yaxud qarışıq mənşəli digər etnik qruplara qarşı həyata keçirdikləri irqi ayrı-seçkilik siyasəti.

Afrikalılar xüsusi rezervasiyalarda (bantustanlarda) yaşayır, onların hər hansı formada ağlarla ünsiyyətinə imkan verilmirdi. Bütün vətəndaşlıq hüquqlarından məhrum edilmiş afrikalılar bir rezervasiyadan digərinə getmək üçün xüsusi icazə sənədi təqdim etməli olurdular. BMT Baş Məclisinin sessiyalarının çoxsaylı qərarlarında, eləcə də 1973-cü ildə qəbul olunmuş beynəlxalq konvensiyada A. insanlığa qarşı cinayət kimi qiymətləndirilir.
0 səs
İrqi ayrı-seçkiliyin ən kəskin forması. bir qrup əhalinin yaşamaq üçün zəruri olan hər şeydən məhrum edilməsi. Aparteid genosidi xatırladır və onun bir növü hesab olunur. 1990-cı illərin əvvəllərinə qədər CAR-ın hakim dairələri aparteid siyasətini yerli əhaliyə qarşı aparmışdır. Müasir beynəlxalq hüquq qaydaları aparteidi bəşəriyyətə qarşı cinayət sayır.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 18 Oktyabrda, 19 anonim
0 səs
0 cavab
soruşub 02 Mayda, 21 anonim
0 səs
0 cavab
soruşub 15 İyulda anonim Qanun, Hüquq bölməsində
+1 səs
0 cavab
soruşub 14 Martda anonim Qanun, Hüquq bölməsində
+1 səs
2 cavab
soruşub 19 Oktyabrda, 21 anonim Qanun, Hüquq bölməsində
...