+2 səs
194 baxış
Şəxslər, Tarix bölməsində

Ansey Müqavilələri (1854-1858) nədir?

1 cavab var:

0 səs
 

Qeyri-bərabər hüquqlu beynəlxalq müqavilələrin (Beynəlxalq müqavilə) adı; Ansey illərində («sabitlik» mənasında imperator Komeyin hakimiyyət illərinin (1854-1860) rəsmi adlandırılması) ABŞ və Avropa dövlətləri tərəfindən Yaponiyaya silahlı müdaxilə hədə-qorxusu altında qəbul etdirilib.

Ansey Müqavilələrinin ilk silsiləsi 1854-1855 illərdə bağlanıb. Onlardan ən mühümləri: Amerika-Yaponiya müqaviləsi (31.111.1854) Kanaqavada (iokaqama); əlavə maddələr (21.VII. 1854) Simodada; İngiltərə-Yaponiya müqaviləsi (14.X.1854) Naqasakidə və ratifikasiya fərmanlarının mübadiləsi zamanı bir qədər zahiri dəyişikliyə uğrayan variantı (19.X.1855) Simoda və Hollandiya- Yaponiya müqaviləsi (30.1.1856) Naqasakidə imzalanıb.

Ansey Müqavilələrilə Yaponiya öhdəyə götürürdü ki, ölkəni təcrid etmək siyasətindən imtina edəcək, qərb dövlətləri ilə əlaqələr yaradacaq, onlara daha üstün və əlverişli şərait təmin edəcək və tam toxunulmazlıq hüququ verəcək; Naqasaki, Simoda və Xakodat limanlarını xarici gəmilər üçün açıq elan edəcək, yapon məmurlarının vasitəçiliyi ilə məhdud həcmdə ticarətə icazə verəcək, müqavilənin imzalanmasından 18 ay sonra bu limanlardan birində konsulların qalmasına imkan yaradacaqdır. Ansey Müqavilələri Yaponiyanın qərb dövlətlərindən asılılığının əsasını qoymuşdur.

Ansey Müqavilələri arasında 26.1.1855 ildə Simodada imzalanan Rusiya-Yaponiya müqaviləsi xüsusi yer tutur; digərlərindən fərqli olaraq bu sənəd Rusiya tərəfindən heç bir təzyiq olmadan imzalanmışdır.

Ansey Müqavilələrinin ikinci silsiləsi - 1857- 1858 illər müqavilələridir; 17.VI. 1857 ildə Simodada ABŞ ilə Yaponiya arasında amerikalılara əlavə hüquqlar verən konvensiya (Beynəlxalq konvensiya) (açıq limanlarda daimi yaşayış yeri, toxunulmazlıq, dolların yapon valyutası ilə əlverişli mübadilə məzənnəsi), 29.VII.1858 ildə isə qeyri- bərabər hüquqlu ticarət müqaviləsi imzalanmışdır. Sonuncu müqavilə 1859-63 illər ərzində yeni liman və şəhərlərin (Naqasaki, Kanaqava, Niiqata, Xeqo, Osaka, Edo) ABŞ vətəndaşları üçün açıq elan olunmasını, Yaponiyada Amerika vətəndaşları üçün daimi yaşayış və toxunulmazlıq hüququnu, yapon məmurlarının vasitəçiliyi olmadan amerikalılara qeyri-məhdud ticarət aparmaq imkanlarını və s. nəzərdə tuturdu. Müqavilədə Yaponiya ilə hər hansı Avropa ölkəsi arasında münaqişə təhlükəsi yarandığı halda ABŞ prezidentinin «dost kimi vasitəçi» olmağa hazır olduğunu bildirən Ansey Müqavilələri silsiləsinə həmçinin Yaponiyanın 18.VIII.1858 ildə Niderland, 19.VIII Rusiya, 26.VIII Böyük Britaniya və 09.X. Fransa ilə bağladığı ticarət sazişləri də daxildir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 19 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+3 səs
1 cavab
+1 səs
1 cavab
+3 səs
1 cavab
...