0 голосов
201 просмотров
от

Buludlar necə yaranır?

1 Ответ

0 голосов
от

Buludların müxtəlifliyinə baxmayaraq, onların hamısı bir proses nəticəsində - atmosferdə gözəgörünməz su buxa-nnın kondensasiyası nəticəsində əmələ gəlir. Digər qazlardan fərqli olaraq, su buxan soyuyarkən maye halına (kiçik su damcıları), daha aşağı temperaturda isə bərk halına (buz kristalları) keçir. Bu proses kondensasiya adlanır (lat. “con-densare” - sıxlaşdırmaq). Ev şəraitində “əldədüzəltmə” bulud almaq çox asandır: sadəcə, çaydanı qaynatmaq lazımdır. Bu zaman əmələ gələn buxar - ev buludları adi buludlardan yalnız ölçüsünə görə fərqlənəcəkdir.

Atmosferdə buludlar niyə əmələ gəlir? Məlumdur ki, qaba onun tuta biləcəyi qədər su tökmək olar. Artıq su kənara axacaqdır. Eynilə söyləmək olar ki, atmosferdə də məhdud miqdarda su buxarı ola bilər. Onun artıq hissəsi isə kondensasiyaya uğrayıb kənarlaşacaqdır. Hava soyuq olduqca, daha az miqdarda su buxarı saxlayır. Bu səbəbdən, su buxan çox olan havanı soyutsaq, onun bir hissəsi artıq olacaqdır. Çaydanın lüləyində məhz bu artıq hissəni müşahidə etmək olar: kondensasiya lülək hissəsində deyil, bir qədər yuxarıda, isti rütubətli hava ilə mətbəxin soyuq havasının qovuşduğu yerdə baş verəcəkdir.

Lakin, havanın təkcə soyuması kifayət deyil. Onun tərkibində kondensasiya nüvəsi rolunu oynayan bərk hissəciklərinin olması lazımdır. Bunlar toz, his, qum hissəcikləri, duz kristalları dəniz suyunun çilənməsi, qar dənəcikləri ola bilər. Təbiətdə ideal təmiz hava olmadığı üçün, bu hissəciklərin üzərinə yığılan rütubət kondensasiyaya uğrayaraq çox kiçik su damcılarına çevrilir. Bu səbəbdən təsadüfi deyildir ki, havaya müxtəlif tullantıların atıldığı iri şəhərlərin mərkəzində buludluluq nisbətən çox olur.

Похожие вопросы

0 голосов
0 ответов
спросил 10 Июнь от аноним
0 голосов
0 ответов
спросил 03 Фев от аноним
...