+1 səs
464 baxış
Qanun, Hüquq bölməsində

Anneksiya nədir?

2 Cavab

+1 səs
 

Anneksiya (lat. annexus-birləş- dirmə). Bir dövlətin başqa dövlətə aid ərazini qeyri-hüquqi yolla (işğal, zorla qoparma) özünə birləşdirməsi.

Anneksiya feodal və kapitalist dövlətlərin beynəlxalq təcrübəsində geniş yayılıb. Anneksiyadan daha çox müstəmləkə ekspansiyası vasitəsi kimi istifadə edilird, (məs. Çar Rusiyasının 1804-1813 və 1826-1828 illərdə Şimali Azərbaycanı, Ermənistanın 1989-1994 illərdə Dağlıq Qarabağı, Avstriya-Macarıstanın 1908 ildə Bosniya və Hersoqovinanı, Böyük Britaniyanın 1900 ildə Bur respublikalarını və Kipr adasını, XIX əsrin sonunda ABŞ-ın Havay adalarını zəbt və işğal etmələri), ikinci Dünya müharibəsi dövründə hitlerçilər və yapon işğalçıları tutduqları əraziləri a. edirdilər.

Anneksiya müasir beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Nürnberq hərbi tribunalının 01.X.1946 qərarı Anneksiya yolu ilə ərazilərin tutulmasını qeyri-hüquqi hesab edir. Bundan əlavə bir sıra beynəlxalq sənədlər, o cümlədən BMT Nizamnaməsi, dövlətlərin daxili işlərinə qarışmanın yolverilməzliyi, onların suverenliyi və müstəqilliyini qorumağa dair 1970 il qətnaməsi və s. A,- nın yolverilməzliyini təsdiq edir. Avropada Təhlükəsizlik və Əməkdaşlığa dair Müşavirənin Yekun Aktında da A. yolverilməz hərəkət kimi qiymətləndirilib.

+1 səs
Bir dövlətin digər dövlətə və ya xalqa məxsus ərazisini zorla özünə birləşdirməsi, işğal etməsi.

Anneksiya olunmuş ərazi.

Anneksiya müasir beynəlxalq hüququn ciddi pozuntularından biri hesab olunur.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 18 Oktyabrda, 19 anonim
+1 səs
0 cavab
soruşub 14 Martda anonim Qanun, Hüquq bölməsində
+1 səs
2 cavab
soruşub 19 Oktyabrda, 21 anonim Qanun, Hüquq bölməsində
+1 səs
2 cavab
soruşub 19 Oktyabrda, 21 anonim Qanun, Hüquq bölməsində
0 səs
2 cavab
soruşub 07 Oktyabrda, 21 anonim Qanun, Hüquq bölməsində
...