+1 səs
221 baxış
Şəxslər, Tarix bölməsində

And Qrupu (And Paktı) nədir?

1 cavab var:

0 səs
 

And Qrupu (And Paktı). Subregional iqtisadi qruplaşma; Latın Amerikası Azad Ticarət Assosiasiyası (LAATA) çərçivəsində yaradılıb. Boliviya, Kolumbiya, Peru, Çili və Ekvadorun iştirakı ilə A.q. yaradılması haqqında müqavilə (Beynəlxalq müqavilə), Kartaxen müqaviləsi adı ilə 26.V.1969 Boqotoda imzalanıb. 1973 ildə Venesuela da bu qrupa daxil olmuşdur. Çili hərbi xuntası And Qrupunun ən mühüm qərarlarını pozduğundan 1976 ildə üzvlükdən çıxarılmışdır.

And Qrupunun məqsədi üzv dövlətlərin subregional ümumi bazarını yaratmaq,

sənayenin, infrastrukturanın və kənd təsərrüfatı istehsalının inkişafına dair birgə proqramlar həyata keçirmək, sənayeləşdirmə prosesinin sürətini artırmaq, maliyyə tədbirlərini əlaqələndirmək və s.-dən ibarətdir. A.q.-nun ali orqanları: Komissiyalar, Şura və And tribunalı Lima (Peru) şəhərində yerləşir.

And Qrupunun bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən Avropa iqtisadi Birliyi və bəzi Latın Amerikası ölkələri ilə əməkdaşlığa dair razılaşmaları vardır.

And Qrupu Latın Amerikasında ilk döv- lətlərarası birlik olaraq öz qarşısına xarici kapitalın region dövlətlərinin iqtisadiyyatına diktə etməsinə qarşı mübarizə aparmaq məqsədi qoymuşdur 30.VI.1971. A.q. dövlətlərində xarici şirkətlərin fəaliyyətinin məhdudlaşdırılması və onların fəaliyyəti üzərində nəzarət qoyulması barədə qərar qüvvəyə mindi. 11.IX. 1980 Ekvador, Venesuela, Kolumbiya və Peru Riobambedə (Ekvador) Davranış Kodeksi adlanan sənəd qəbul etdilər. Sənəddə subregiona daxil olan dövlətlərin «kollektiv iqtisadi təhlükəsizliyi» təmin etmək naminə «istənilən xarici təhlükə və iqtisadi təzyiqə qarşı» yekdil hərəkət etməyə hazır olduqları qeyd edilirdi.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 19 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 19 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 18 Yanvarda, 21 anonim Qanun, Hüquq bölməsində
+1 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...