+1 голос
180 просмотров
от в категории Şəxslər, Tarix

Amsterdam Müqaviləsi (1717) nədir?

1 Ответ

0 голосов
от
 
Лучший ответ

Rusiya, Fransa və Prussiya arasında 04.VIII.1717-də  bağlanıb. Şərqi Pribaltikada tutulan ərazilərin Rusiyanın hesabında qalması şərtilə sülh bağlanmasına böyük dövlətlərin dəstək verəcəyinə bel bağlamağa çalışan I Pyotr (Pyotr I) 1716 ildə xaricə səfər etdi. Prusiya kralı ilə müqavilə bağlayan (Beynəlxalq müqavilə) I Pyotr Fransa nümayəndələrilə danışıqlara başladı, onlara dostluq və qarşılıqlı müdafiə barədə müqavilə bağlamağı təklif etdi. Fransa Rusiyanın Pribaltikada güclənməsini istəməyən İngiltərə və Hollandiyanın narazı qalacağından ehtiyatlanaraq bundan çəkinirdi. Danışıqlar müqavilə bağlanması ilə başa çatdı və Rusiya müvəkkilləri (işlər müvəkkili) Qolovkin, Kurakin və Şafirov, Fransanın Hollandiyadakı səfiri Şantonef və Prusiya müvəkkili Knipqauzen tərəfindən imzalandı.

Müqavilə mülklərin mənsubluğuna qarşılıqlı təminat verilməsini nəzərdə tuturdu: Rusiya və Prussiya ispan varisliyi üstündə baş verən müharibəni dayandıran 1713 il Utrext sülh müqaviləsini və 1714 il Raştat sülh müqaviləsini tanıdılar. Fransa isə Rusiya-isveç sülh müqaviləsinin şərtlərini tanımağa qabaqcadan razılıq vermişdi.

Tərəflər onlardan hər hansı birinə həmlə edildikdə, qarşılıqlı kömək göstərməyi öhdəyə alırdılar. I Pyotr və Prussiya kralı İsveçlə sülh müqaviləsi bağlamaqda Fransanın vasitəçiliyini qəbul edirdilər. Bununla da Amsterdam Müqaviləsi Şimal müharibəsinin yekun mərhələsində Rusiya üçün Fransanın bitərəfliyini təmin etdi, rus diplomatiyasının böyük uğuru oldu.

Похожие вопросы

+1 голос
1 ответ
спросил 21 Янв, 20 от аноним
+2 голосов
1 ответ
спросил 21 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
+3 голосов
1 ответ
спросил 21 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
+2 голосов
1 ответ
спросил 20 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
+2 голосов
1 ответ
спросил 20 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
...