1. Coğrafiya. Atmosferin aşağı təbəqələrində su buxarının toplanması nəticəsində əmələ gələn kəsif, tutqun hava kütləsi; sis.
Duman basmaq. Dumandan göz gözü görmür.
2. Tüstü.
Ey bacalardan yüksələn dumanlar. (H.Cavid).
3. Toz, tüstü və s.-nin havaya qalxmasından hasil olan tutqunluq, bulanıqlıq.
Toz, dumandan adamın gözü tutulur.
4. Məcazi mənada: bir şeyi örtən pərdə, örtü; bir şeyi aydın görməyə, başa düşməyə mane olan şey haqqında.
5. Məcazi mənada: üzdə, gözdə kədər, qəmginlik, hüzn əlaməti.
...Bir duman görməsin xoş sifətiniz. (S.Vurğun).
6. Məcazi mənada: aydın olmayan vəziyyət, qeyri-müəyyənlik, anlaşılmazlıq, qaranlıq.
Xalqın həqiqi tarixi əfsanələr və əsatirlərin dumanları içərisində itib getmişdir.