+1 голос
134 просмотров
от в категории Şəxslər, Tarix

Amxerst Missiyası nədir?

1 Ответ

0 голосов
от
 
Лучший ответ

Amxerst Missiyası (1816). Britaniya hökumətinin Çinə rəsmi missiyası (Diplomatik missiya); özündən əvvəlki Makartney missiyasında (1793) olduğu kimi Tsin hökumətini Çinin «qapılarını» ingilis mallarının üzünə «açmağa» məcbur etmək məqsədi daşıyıb. Həmin dövrdə Çin-ingiltərə münasibətlərinin pisləşməsi onunla əlaqədar idi ki, İngiltərənin 1814 ildə ABŞ əleyhinə hərbi əməliyyatlar apardığı vaxt ingilis hərb gəmiləri Tsin hökumətinin icazəsi olmadan Çinin məhəlli sularına daxil olmuş və Quançjouya (Kanton) gedən bir neçə Amerika gəmisini ələ keçirmişdi. A.m. da Makartney missiyası kimi hörmətlə qarşılansa da müvəffəqiyyətsizliyə uğradı. Tsin hökuməti Çini ətraf aləmdən təcrid vəziyyətdə saxlamaqla ölkədə öz hökmranlığının təhlükəsizliyinə təminat yaratdığını güman edir və buna görə də İngiltərənin Çinə girməsinə mane olmağa çalışırdı. Missiyanın başçısı lord Amxerstin Tsin sarayında mövcud olan mərasimləri yerinə yetirməkdən imtina etdiyini bəhanə gətirən Boqdıxan hökuməti onu ölkədən çıxardı. Çox keçmədən əcnəbilərə Pekində görünməyi qadağan edən imperator fərmanı verildi.

Похожие вопросы

+2 голосов
1 ответ
спросил 20 Янв от аноним в категории Şəxslər, Tarix
+1 голос
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 голосов
1 ответ
спросил 09 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 голосов
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 голосов
3 ответов
спросил 04 Март от аноним в категории Şəxslər, Tarix
...