+2 👍
158 👀
Şəxslər, Tarix

Amerika - Yunanıstan Sazişləri haqqında

1 Ответ

+1 👍
 
Лучший ответ

Amerika - Yunanistan Sazişləri. 1) 1953 il sazişi; 12.X. Afinada 3 il müddətinə bağlanıb. Dəfələrlə müddəti uzadılıb; 1976 ildən müvəqqəti əsaslarla qüvvədə olub. 1983 ildə yeni sazişlə əvəz edilib.

ABŞ-a Yunanıstan ərazisində hərbi bazalara malik olmaq hüququ verirdi. Sazişə görə, Amerikanın hərbi qüvvələri sərbəst olaraq ölkəyə daxil olmaq, yer dəyişmək, onun hüdudlarını tərk etmək, su əraziləri üzərində uçmaq hüququ əldə edirdi. 1956 ildən etibarən bazaların hərbi və mülki heyəti toxunulmazlıq və bir sıra digər imtiyazlardan istifadə edirdi.

2) 1983 il sazişi; müdafiə və iqtisadi əməkdaşlığa dair, 08.IX Afinada imzalanıb. Saziş 31.XII.1983 ildə 5 il müddətinə bağlanıb. Mahiyyətcə 1953 il sazişini əvəz edib.

Saziş «qarşılıqlı fayda, suverenliyə, müstəqilliyə və maraqlara tam hörmət» əsasında tərəflərin hərbi və iqtisadi əməkdaşlığını yenidən qurmaq məqsədi daşıyır. Saziş Yunanıstan ərazisində ABŞ-ın mövcud hərbi bazalarının saxlanılmasını (rəsmi məlumatlar əsasən. ABŞ orada iri və 12 yardımçı obyektlərə malikdir) nəzərdə tutur. Sazişin fəaliyyət dövrü bitdikdən sonra Amerika tərəfi onları 17 ay ərzində köçürməyi öhdəyə götürürdü. Yunanıstan tərəfi formal olaraq bazaların fəaliyyətinə nəzarət etmək, onu fövqəladə hallarda, ölkənin milli təhlükəsizliyinin həyati maraqlarını təmin etmək üçün məhdudlaşdırmaq hüququna malik olurdu. Bazaların Amerika vətəndaşlarından ibarət hərbi və mülki heyətinin eksterritori- allıq hüququ ləğv edilirdi.

Sazişə görə, ABŞ Yunanıstanın hərbi-iqtisadi potensialını möhkəmləndirməyi, ona yardımın həcmini 1984 maliyyə ilində 500 mln. dollaradək artırmağı və bununla da yardımın həcmini Türkiyəyə edilən yardımla müqayisədə 7:10 nisbətdə saxlamağı öhdəyə götürürdü.

...