+3 səs
228 baxış
Şəxslər, Tarix bölməsində

Amerika - Yaponiya Müqavilələri və Sazişləri haqqında

1 cavab var:

0 səs
 

1) 1919 il sazişi; Şərqi Çin dəmiryolu və Sibir dəmiryolu üzərində nəzarətə dair, 09.1. Tokioda imzalanıb.

1918 ildə xarici müdaxiləçilərin və ağqvardiyaçıların müvəqqəti hərbi uğurları nəticəsində ŞÇDY və Sibir dəmiryolu ABŞ, Yaponiya, İngiltərə, Fransa və s. ölkələr tərəfindən zəbt edilmişdi. Sazişə əsasən, müttəfiq orduların fəaliyyət zonasında nəzarət işi Sibirdə və Uzaq Şərqdə bu ölkələrin təmsilçilərindən yaradılan Xüsusi ittifa- qarası Komitə tərəfindən həyata keçirilməli idi.

Dəmir yollarının mühafizəsi müttəfiq qoşunlara tapşırılırdı. S. bütün «maraqlı dövlətlərin» (ABŞ, Yaponiya, İngiltərə, Fransa və İtaliya) nümayəndələri tərəfindən bəyənildikdən sonra 14.111.1919 ildə Kolçak hökuməti də ona qoşuldu.

Sazişin iştirakçıları IV.1919 ildə ŞÇDY və Sibir dəmiryolu üzərində hərbi nəzarət hüdudlarını ABŞ, Yaponiya və Çin qoşunları arasında bölüşdürdülər. Razılaşmanın arxasında əslində Yaponiya dayanırdı. Sibir dəmiryolu Baykaldan Omskadək olan sahədə Antantanın göstərişləri ilə hərəkət edən Çexoslovakiya qoşunlarının nəzarəti altında qalırdı.

Saziş Sibirdə və Uzaq Şərqdə xarici müdaxilənin və əksinqilabın darmadağın edilməsi ilə qüvvədən düşdü.

2) 1951 il müqaviləsi; təhlükəsizliyə dair, 08.IX. San-Fransiskoda qeyri-müəyyən müddətə imzalanıb. Sülh müqaviləsi bağlamaq şərti ilə Yaponiyaya zorla qəbul etdirilib. 28.IV. 1952 ildə qüvvəyə minib.

ABŞ-ın Yaponiya ilə hərbi-siyasi ittifaqını rəsmiləşdirib. ABŞ Yaponiyanın hərbi işğalı dövründə olduğu kimi, onun ərazisində hərbi qüvvələr saxlamaq və bu qüvvələrdən istədiyi zaman Uzaq Şərqin hər hansı rayonunda hərbi əməliyyat aparmaq və Yaponiyanın daxilində baş verə biləcək ixtişaşları yaratmaq üçün istifadə etmək hüququ qazandı.

Yaponiya öhdəyə götürdü ki, ABŞ ilə irəlicədən razılaşdırmadan üçüncü dövlətə öz ərazisində baza yaratmağa və silahlı qüvvələr saxlamağa icazə verməyəcəkdir.

Müqavilə 1960 il M. imzalanması ilə əlaqədar qüvvədən düşdü.

3) 1952 il sazişi; inzibati idarəçiliyə dair, 28.11 Tokioda imzalanıb. S. Amerika ordusuna Yaponiya ərazisində tutduğu bütün hərbi obyektlərdən istədiyi kimi istifadə etmək, istədiyi zaman Yaponiya ərazisinə daxil olmaq, ölkə ərazisində sərbəst hərəkət etmək və zəruri hallarda ölkəni tərk etmək hüququ verirdi. Hərbi bazalar, rabitə vasitələri, kommunal xidmətlər və s. əvəzsiz qaydada ABŞ-ın istifadəsinə verilirdi. Yaponiya ABŞ-a 155 mln. dollar ödəməyi öhdəyə götürürdü. 29.IX. 1953 il protokoluna əsasən, Yaponiya hökuməti onun ərazisindəki ABŞ hərbi qulluqçuları üzərində məhdud həcmdə yurisdiksiyaya malik olurdu.

4) 1953 il müqaviləsi; dostluq, ticarət və dənizçiliyə dair, 02.IV Tokioda 10 il müddətinə imzalanıb. Tərəflərin razılığı ilə bu müddət uzadıla da bilər. M. 30.X.1953 ildə qüvvəyə minib. Hər iki tərəfin vətəndaşlarına və şirkətlərinə müqabil tərəfin ərazisində sahibkarlığın bütün növləri ilə məşğul olmaq hüququ, habelə elmi, maarif və xeyriyyə fəaliyyətində milli rejim imtiyazı verilirdi.

5) 1954 il sazişləri; 08.Ill Tokioda imzalanıb. Sazişlər toplusuna qarşılıqlı müdafiəni təmin etməkdə yardım; hərbi ləvazimat və materialların qaytarılması; sərmayə qoyuluşuna təminat; kənd təsərrüfatı məhsullarının alınmasına dair sənədlər daxildir. Barinci sazişdə Yaponiyaya Amerika hərbi yardımının göstərilməsi dəqiqləşdirilirdi. Yaponiya öhdəyə götürdü ki, bu yardımdan ölkənin müdafiə qüdrətinin artırılması üçün səmərəli istifadə olunmasını təmin edəcəkdir.

Saziş Yaponiya ordusunu yenidən yaratmaq üçün əsas oldu.

6) 1960 il müqaviləsi; qarşılıqlı əməkdaşlıq və təhlükəsizlik təminatlarına dair, 19.1. Vaşinqtonda 10 il müddətinə imzalanıb, 1969 ildə qeyri- müəyyən müddətə uzadılıb.

Müqavulə ABŞ-a Yaponiya ərazisində quru, hərbi-hava, hərbi-dəniz qüvvələri saxlamaq, hərbi bazalar yaratmaq hüququ verirdi. Yaponiya öhdəyə götürürdü ki, öz hərbi potensialını artıracaq və Yaponiyanın idarəçiliyi altında olan ərazilərdə «ümumi təhlükəni dəf etmək üçün» tədbirlər görəcəkdir.

Müqavulə ilə eyni vaxtda imzalanan ayrıca razılaşmada Yaponiya ərazisində yerləşən ABŞ hərbi qüvvələrinin statusu müəyyənləşdirilirdi.

7) 1971 il sazişi, Rükyu və Day- to adalarına dair, eyni vaxtda 17.VI Vaşinqtonda və Tokioda imzalanıb və 15.V.1972 ildə qüvvəyə minib. ABŞ 1951 il San-Fransisko konfransında (Beynəlxalq konfranslar) imzalanmış sülh müqaviləsinin 3-cü maddəsində nəzərdə tutulan bütün hüquqlardan Yaponiyanın nəfinə imtina edir, Yaponiya tərəfi isə Rükyu və Dayto adalarının ərazisinə və sakinlərinə münasibətdə inzibati, qanunvericilik və məhkəmə hakimiyyətlərini həyata keçirmək üzrə tam məsuliyyət və səlahiyyəti öz üzərinə götürürdü. Eyni zamanda tərəflər təsdiq etdilər ki, Yaponiya ilə ABŞ arasında 1960 ildə bağlanan qarşılıqlı əməkdaşlıq və təhlükəsizlik təminatına dair müqavilə bu əraziyə də şamil olunur.

Sazişə görə, Yaponiya ABŞ-a Rükyu və Dayto adalarındakı tikililərdən və torpaq sahələrindən istifadə etmək hüququ verirdi. Yaponiya Oki- nava adasındakı ötürücü stansiyadan «Amerikanın səsi» radiostansiyasının yayımı üçün ABŞ-ın bundan sonra da istifadə etməsinə razılıq verirdi.

Oxşar suallar

+3 səs
1 cavab
+3 səs
1 cavab
+3 səs
1 cavab
+2 səs
1 cavab
...