+1 səs
158 baxış
Şəxslər, Tarix bölməsində

Amerika - Türkiyə Sazişi (1980) haqında

1 cavab var:

0 səs
 

Hərbi və iqtisadi sahələrdə əməkdaşlığa dair, 29.V Ankarada imzalanıb. Saziş 5 il müddətinə bağlanıb və bu müddət başa çatdıqdan sonra tərəflərin razılığı ilə hər il uzadıla bilər. Saziş əməkdaşlığın prinsiplərini müəyyən edən bir əsas və üç əlavə razılaşmadan ibarətdir. Əlavə razılaşmalarda Türkiyəyə göstəriləcək hərbi və iqtisadi yardımların şərtləri, hərbi istehsal sahəsində tərəflərin əməkdaşlığı, Türkiyə ərazisində Amerika bazalarının (Hərbi bazalar) statusu və eləcə də bir sıra gizli protokollar öz əksini tapıb.

Saziş ABŞ-ın Türkiyədə hərbi məqsədlərlə mövcudluğuna hüquqi-müqavilə əsasları verir, ABŞ-ın hərbi bazalardan və obyektlərdən, o cümlədən incirlikdəki HHQ bazasından istifadəsini təsbit edirdi.

ABŞ Sazişlə, həmçinin Türkiyə silahlı qüvvələrinə məxsus olduğu təsdiq edilən və hər iki ölkənin «yalnız NATO üzrə öhdəlikləri çərçivəsində» istifadə edə biləcəkləri bir sıra hərbi bazalardan istifadə etmək hüququ da əldə etdi. Həmin bazalara komandanlıq Türkiyə tərəfindən həyata keçirilsə də, bu hal yalnız inzibati funksiyalar və bazaların qorunması məsələləri ilə məhdudlaşırdı. Saziş kəşfiyyat materiallarından birgə istifadə etməyi də nəzərdə tuturdu.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 20 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 20 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+3 səs
1 cavab
...