+2 səs
176 baxış
Şəxslər, Tarix bölməsində

Amerika - Tayvan Sazişləri haqqında?

1 cavab var:

0 səs
 

Amerika-Tayvan diplomatik münasibətlərinin kəsilməsi və 01.1.1979 ildə ABŞ ilə ÇXR arasında diplomatik münasibətlərin yaradılması əslində Amerika Tayvan münasibətlərinin müqavilə əsaslarına o qədər də təsir etmədi. ABŞ yalnız «qarşılıqlı müdafiə haqqında» 1954 il müqaviləsini (Beynəlxalq müqavuilə) pozdu. Qalan 50-dən çox ikitərəfli sazişlər isə etibarlı sayılırdı. Əvəllər bağlanan Amerika-Tayvan sazişlərinə münasibətin dəyişmədiyini təsdiq edən ABŞ hökuməti XII.1978 ildə xüsusi Memorandumla dövlət müəssisələrinə göstəriş verdi ki, Tayvanla əlaqədar bütün proqramları, layihələri, öhdəlikləri yerinə yetirməkdə davam etsinlər.

Tayvanla əlaqələr saxlamaqdan ötrü Vaşinqton «qeyri-dövlət» orqanı -- Tayvan üzrə Amerika institutu yaratdı. Tayvan rəhbərliyi isə eyni məqsədlə Şimali Amerika məsələləri üzrə Əlaqələndirmə Şurası təsis etdi.

10.IV. 1979 ildə ABŞ Konqresi Tayvanla münasibətlərə dair qanun qəbul etdi. Göstərilirdi ki, ABŞ siyasəti Tayvan xalqı ilə «geniş və dostcasına münasibətlər» saxlamağı nəzərdə tutur; ABŞ Tayvan problemini hər hansı qeyri-dinc yolla həll etmək cəhdinə Sakit okeanın qərb hissəsində sülh və təhlükəsizlik üçün təhlükə kimi qiymət verəcəkdir.

Qanun Amerikanın rəsmi idarələri, şirkətləri, bankları və xüsusi şəxslərinin Tayvanla ticarət-iqtisadi, mədəni və digər əlaqələrini davam etdirmək və genişləndirmək hüquqlarını möhkəmləndirdi. Tayvana Amerika silahlarının satılmasına dair uzun müddətli proqramlar öz qüvvəsində qaldı.

02.X.1980 ildə Vaşinqtonda Tayvan üzrə Amerika institutu ilə Şimali Amerika işlərini Əlaqələndirmə Şurası arasında saziş imzalandı. Sazişdə adları çəkilən müəssisələrə, onların nümayəndələrinə və əməkdaşlarına qarşılıqlı olaraq tam həcmdə diplomatik imtiyazların və toxunulmazlıq hüquqlarının şamil olunması nəzərdə tutulur.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+3 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 20 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
+2 səs
1 cavab
...