+2 гол-в
162 просмотров
от в категории Şəxslər, Tarix

Amerika-Tailand Sazişi Və Müqaviləsi haqqında

1 Ответ

0 гол-в
от
 
Лучший ответ

1) 1950 il sazişi; hərbi yardıma dair, 17.X Banqkokda imzalanıb. Tailanda Amerika avadanlığı və materiallarının verilməsini nəzərdə tutur. S. üzrə «yardımın» həcmi hər il üçün ayrıca müəyyənləşdirilir, onun verilməsi Tailanddan xammal və yarımfabrikatla- rın gətirilməsi ilə şərtləndirilirdi. S. əslində ABŞ hərbi müşavirlərinə Tailand hərbi qüvvələrinə nəzarət etmək imkanı verirdi. S.-in həyata keçirilməsi ilə bağlı xərcləri Tailand öz üzərinə götürürdü.

2) 1966 il müqaviləsi (Beynəlxalq müqavilə); dostluq və iqstiadi münasibətlərə dair, 29.V Banqkokda imzalanıb. 8.VI. 1968 ildə qüvvəyə minib. Tərəflər öz ərazilərində müqabil tərəfin vətəndaşlarına və şirkətlərinə bütün sahibkarlıq fəaliyyəti sahələrində milli rejim tətbiq etməyi, digər tərəfə zərər vura biləcək tədbirlər görməməyi öhdələrinə götürürdülər. Nəzərdə tutulurdu ki, xarici mülkiyyət müvafiq ödənişsiz alına bilməz. Digər tərəfin vətəndaşlırının yaratdıqları müəssisələrə «kifayət qədər əsas olmadan» müdaxilə etməyə yol verilmirdi.

Похожие вопросы

+3 гол-в
1 ответ
спросил 20 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
+3 гол-в
1 ответ
спросил 21 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
+3 гол-в
1 ответ
спросил 20 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
+3 гол-в
1 ответ
спросил 20 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
+2 гол-в
2 ответов
...