+2 👍
187 👀
Şəxslər, Tarix

Amerika-Səudiyyə Sazişləri (hərbi-strateji) haqqında

1 Ответ

0 👍
 
Лучший ответ

Amerika-Səudiyyə hərbi-strateji əməkdaşlığının bünövrəsi 14.11.1945 ildə Səudiyyə kralı Əbdül Əziz ibn Səudun ABŞ və İngiltərəyə Fars körfəzindəki limanlardan və həmçinin Dəhrandakı HHQ məxsus bazalardan istifadə etməyə razılıq verməsi ilə qoyulub. Dəhrandakı hərbi-hava bazasından istifadə etmək üçün onun 5 il müddətinə ABŞ-a icarəyə verilməsi haqqında 18.VI.1951 ildə saziş imzalandı və həmin S.-in müddəti 02.IV.1957 ildə yenidən 5 ilə uzadıldı, icarənin müddəti 1962 ildə başa çatdıqdan sonra S.-in müddəti bir daha uzadılmadı. 1951 ildə ingilis hərbi missiyası ölkədən çıxarıldıqdan sonra Səudiyyə ordusunun təlim-tərbiyə işlərini Amerikanın hərbi müşavirləri tamamilə öz öhdələrinə götürdülər.

24.V-05.VI.1965 ildəki notalar mübadiləsinə görə, Səudiyyə Ərəbistanı ərazisində hərbi obyektlərin tikilməsi, 11.XI.1965 ildə bağlanan sazişə görə isə ABŞ və İngiltərədən 400 mln.dollar dəyərində hərbi texnika gətirilməsi nəzərdə tutulurdu. 19.111.1973 ildə Qarşılıqlı anlaşma Memorondumu- na əsasən, Səudiyyə Ərəbistanı 200 «Fantom» qırıcı təyyarəsi ilə birlikdə Amerika silahları da alacaqdı. Hərbi və iqtisadi əməkdaşlıq haqqında 08.VI. 1974 il sazişinə əsasən, iki komissiya yaradıldı: iqtisadi əməkdaşlıq və hərbi məsələlər üzrə, bunun davamı olaraq 4.1.1975 ildə Səudiyyə Ərəbistanına 766 mln.dollar dəyərində qırıcı təyyarələr satılması və Səudiyyə hərbi təyyarəçilərinin ABŞ-da hazırlanması haqqında saziş imzalandı. Bu iki saziş Amerika-Səudiyyə hərbi-strateji əməkdaşlığında yeni mərhələnin başlanğıcını qoymuşdur ki, bu da Amerika hərbi texnikasının daha iri həcmdə alınması ilə (1950-1972 illərdə 1,2 mlrd.dollar, 1973-1980 illərdə isə 34 mlrd.dollar) xarakterizə olunur.

1979 ildə iranda inqilab baş verdikdən sonra ABŞ planlarında Səudiyyə Ərəbistanının rolu daha da artdı. ABŞ «Karter doktirinası» adlanan siyasəti həyata keçirərkən Səudiyyə Ərəbistanında Amerikanın hərbi iştirakına bilavasitə nail olmağa və buranı «çevik əməliyyat qüvvələrinin» dayaq mənqə- tərindən birinə çevirməyə inadla çalışırdı. X.1981 ildə ABŞ Konqresi Səudiyyə Ərəbistanına 8,5 mlrd, dollar dəyərində silah və eləcə də AVAKS tipli 5 təyyarə, 177 «Sayduinder» raketi, 8 yanacaq daşıyan təyyarə və digər hərbi texnikanın satılmasını nəzərdə tutan kontraktın bağlanmasına icazə verdi. 11.1982 ildə bağlanan sazişə əsasən, AVAKS tipli təyyarələrin Səudiyyə Ərəbistanına verilməsinə 1985 ildən başlamalı idi.

...