0 səs
156 baxış
Toz fırtınası

1 cavab var:

0 səs

Güclü küləklər quraq hava şəraitində toz fırtınası əmələ gətirir. Bu hadisə daha çox çöllərdə, yarımsəhralarda, səhralarda yer səthinin bitki örtüyü ilə qorunmadığı sahələrdə meydana gəlir. Bu hadisə şumlanmış sahələrdə də baş verir. Toz fırtınası zamanı görmə zəifləyir, nə-fəsalma çətinləşir. O, kip örtülmüş pəncərədən belə keçir, mexanizmləri sıradan çıxarır. Toz fırtınasının yaratdığı çətinliklərdən biri də torpağın məhsuldar qatını məhv etməsi, sovurub aparmasıdır. Bu, bəzən bitkilərin məhv olmasına gətirib çıxarır. Sovrulmuş hissəciklər qalxdıqları ərazidən min kilometrlərlə uzaqda yerə enir.

Toz fırtınasından ABŞ-ın cənubu, Çinin şimal-qərbi, Misir, Böyük səhradan cənubda geniş ərazidə yerləşən Saxel ölkələri daha çox əziyyət çəkir (burada toz fırtınası səmum adlanır). Böyük səhradan qalxan küləklər toz və qum zərrələrini İtaliyaya qədər (orada belə tozlu, isti külək sirokko adlanır) və ya təxminən Atlantik okeanının ortalarına qədər aparır. Rusiyada isə bu sahədə ən əlverişsiz yerlər Volqa çayının və Kubanın aşağılarıdır.

Oxşar sual yoxdur

...