+2 гол-в
155 просмотров
от в категории Şəxslər, Tarix

Amerika-Pakistan Hərbi Sazişləri haqqında?

1 Ответ

+1 голос
от
 
Лучший ответ

1) 1954 il sazişi; müdafiə məqsədi ilə qarşılıqlı yardıma dair, 19.V. Kəraçidə qeyri-məhdud müddətə bağlanıb və imzalandığı gündən qüvvəyə minib. Sazişin şərtlərinə görə, ABŞ Pakistana hərbi avadanlıq, material və başqa yardımlar göstərməyi öhdəyə götürür, Pakistan isə bu yardımdan özünün daxili təhlükəsizliyi və özünümüdafiə üçün istifadə etməli idi. Sazin 1-ci maddəsinə əsasən, Pakistan bu yardımdan regionun müdafiəsi” üçün istifadə etmək hüququna da malikdir. Tərəflər bir-birinə hərbi xarakterli texniki məlumatlar verməyi də razılaşdırmışlar. Pakistan öhdəyə götürmüşdür ki, S.-in yerinə yetirilməsinə nəzarət etmək üçün ABŞ-ın hərbi nümayəndəliyini qəbul edəcək, bununla bağlı xərcləri özü çəkəcəkdir. ABŞ nümayəndəliyinə diplomatik imtiyazlar və toxunulmazlıq hüququ verilirdi. Sazin şərtlərinə görə, Pakistan hökuməti ABŞ-ın ehtiyac hiss etdiyi xammal və yarımfabrikatlar verməyi, ümumsülhə təhlükə olan” ölkələrlə ticarət aparılmasına nəzarət etmək üçün lazımi tədbirlər görməyi öhdəyə götürürdü. 1954 il sazişi 15.IV.1956 il sazişi ilə tamamlanıb. Əlavə saziş Pakistana verilən avadanlıq və materialların üçüncü ölkəyə göçürülməsinin mümkünlüyünü nəzərdə tutur.

2) 1981 il sazişi; hərbi yardıma dair, 15.VI İslamabadda imzalanıb. S. ABŞ-ın 1982-1987 illərdə Pakistana 3,2 mlrd.dollar məbləğdə (30 il müddətinə) faizsiz borclar və kreditlər şəklində hərbi-iqtisadi yardım göstərməsini nəzərdə tutur. Bu yardımın 2 mlrd, dolları silah alınmasına xərcləməli idi.

1981 ildə ABŞ hökuməti Pakistana ümumi dəyəri 1,1 mlrd, dollar olan 40 «F-16» tipli ən yeni qırıcı-bombardmançı təyyarə satmağa icazə verdi. Vaşinqtonda 22.XII. imzalanan sazişə görə, Pakistana ümumi dəyəri 450 mln. dollar olan müasir Amerika silahları, o cümlədən «M-60» tankları, hərbi vertalyotlar, qaubitsalar və raket qurğuları verilməsi nəzərdə tutulur. Pakistan öz ərazisində ABŞ «Çevik əməliyyat qüvvələrinin» yerləşdirilməsi üçün hərbi-dəniz və hərbi-hava bazaları verməyi öhdəyə götürür.

Похожие вопросы

+2 гол-в
1 ответ
спросил 20 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
+2 гол-в
1 ответ
спросил 21 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
+3 гол-в
1 ответ
спросил 21 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
+2 гол-в
1 ответ
спросил 20 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
+2 гол-в
1 ответ
спросил 20 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
...