+2 səs
181 baxış
Şəxslər, Tarix bölməsində

Amerika-Koreya Müqaviləsi (1882) nədir?

1 cavab var:

+1 səs
 

«Dostluq və ticarət»ə dair, 22.V. inçxonda (Çemulpo) imzalanıb; Koreya üçün köləlik xarakteri daşıyıb, onun dövlət suverenliyini məhdudlaşdırır və Amerika kapitalına geniş imtiyazlar verirdi. Müqaviləyə (Beynəlxalq müqavilə) əsasən, ABŞ ilə Koreya arasında diplomatik münasibətlər yaradılırdı.

1876 il Koreya-Yaponiya müqaviləsi ilə ticarət, sənaye, dənizçilik və vətəndaşların hüquqi statusu üzrə Koreyanın Yaponiyaya verməyə məcbur olduğu əlverişli şərtlər müqaviləyə görə, həm də ABŞ-a şamil edilirdi. ABŞ ilə ticarət aparmaq üçün Pusan, inçxon və Vonsan limanları açıq elan edilirdi.

Müqavilədə ABŞ üçün idxal rüsumlarının məhdudlaşdırılması (malın dəyərinin 10%) və Amerika vətəndaşları üçün konsulluq yurisdiksiya hüququ, Koreyada torpaq icarəyə götürmək, evlər tikmək və açıq limanlarda müəssisələr yaratmaq hüququ nəzərdə tutulurdu. ABŞ müqaviləyə «Koreyanın müstəqilliyini qorumağa təminat» verən maddələr əlavə etmişdi. Lakin 1905 ildə gizli saziş bağlamaqla ABŞ Koreyanın Yaponiya tərəfindən ilhaqını əslində təqdir etdi.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 20 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
+2 səs
1 cavab
+2 səs
1 cavab
+3 səs
1 cavab
...